Baydenə ŞOK - administrasiyası məhkəməyə verildi
ABŞ hüquq müdafiəçiləri miqrasiya siyasətini sərtləşdirdiyinə görə ABŞ Prezidenti Cozef Baydenin administrasiyasını məhkəməyə veriblər. Bu barədə Amerika Vətəndaş Azadlıqları Birliyi - ACLU təşkilatı bildirib.
Buna səbəb Baydenin miqrasiya siyasəti ilə bağlı verdiyi qərarlar olub. “Biz Bayden administrasiyasını siyasi sığınacağı kəskin şəkildə məhdudlaşdıran və minlərlə insanın həyatına təhlükə yaradan fərmanlarla bağlı məhkəməyə verdik”, - ACLU-nun bəyanatında deyilir. ACLU-la birlikdə məhkəmədə daha bir neçə insan hüquqları təşkilatı iştirak edir.
Mətləb Salahv