“TikTok”da qeyri-etik paylaşımlar edən şəxs həbs olundu
![Image](/uploads/posts/2024-06/1718111984_arrest.webp)
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.
Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.
ZÜMRÜD