Çərşənbə axşamı günü, 22 iyul 2025
     

95 yaşlı Zaqatala Təbiət Qoruğu

Image

Bir əsrə yaxın təbii sərvətlərimizin, flora və faunamızın keşiyində


İyirmi birinci yüzilliyin qulaqbatıran səs-küylü, ağır hissəciklərlə yüklənmiş tozlu, tüstülü havasında siz heç ciyərdolusu nəfəs ala biləcəyiniz, bənövşə qoxusu, quşların cik-ciki və su şırıltısı ilə süslənmiş cənnət ətirli bir məkanda olmaq istərdinizmi? Elə isə hörmətli oxucuları hələlik bu kiçik məqalə vasitəsilə qısa və düşüncəvi də olsa, belə bir səyahətə dəvət etmək istəyirəm. Söhbət 1929-cu ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yaradılan və Cənubi Qafqazda ilk yasaqlıqlardan olan Zaqatala Dövlət Təbiət Qoruğundan gedir. 

Cəsarət və qürurla demək olar ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili" tədbirləri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) qərarlarına dəstək üçün ölkəmizdə belə təcrübə və reallıqların sayı çoxdur. 

Ana təbiəti mühafizə üzrə elmi əsasları görkəmli akademiklərimiz mərhum Həsən Əliyev, Vahid Hacıyev və digər alimlərin adı ilə sıx bağlı olan, təbii sərvətlərimizin qorunub saxlanılmasında mühüm əhəmiyyətə malik, zəngin flora və faunası ilə seçilən ərazidə 1000-dən artıq bitki və yüzlərlə heyvan növləri qorunub saxlanılır. 95 il öncə təşkil ediləndə sahəsi 23844 hektar idi. Lakin müstəqillik dövründə - konkret 2008-ci il oktyabrın 17-də Nazirlər Kabinetinin 370s saylı Qərarı ilə genişləndirilərək 47349 hektara çatdırılmışdır. Zaqatala və Balakənin meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına böyüyən qoruq Rusiya Federasiyasının Dağıstan Respublikası və Gürcüstan Respublikası ilə sərhədlənən böyük ərazilərimizi əhatə edir. Dəniz səviyyəsindən hündürlüyü 650-3646 metrarası dəyişir, relyefi mürəkkəb və kəskindir. Şimal tərəfdə yerləşən dağlar silsiləsində sıx meşəliklər tədricən seyrələrək kolluqlarla əvəzlənir, sal qayalardan ibarət zirvələri çox vaxt ağappaq qarla, cənubdakı alçaq dağlar və yastı təpələr isə alp çəmənlikləri ilə örtülü olur. Yuxarı qalxdıqca iqlimi mülayim istidən dağ tundrasına keçid alır.      

Zaqatala Dövlət Təbiət Qoruğunun vücudu bölgənin sağlam və bol qan damarlarından qidalanır – məkanda üç bolsulu çay çağlayır. Balakənçay, Mazımçay və Katexçay öz mənbəyini Böyük Qafqazın yüksəkliklərindən götürür, Alazan-Həftəran vadisindən keçərək Qanıx çayına tökülürlər. Onların suyu yuxarıdan sellənən qar ərintisi və yağış hesabına formalaşır, bu axın orta dağlıq hissələrdə hündürlüyü 20-25 metrə çatan heyranedici şəlalələrə çevrilir. Ümumiyyətlə, təbiət qoruğunun ərazisində 10 yaxın şəlalə var və 15–17 sayda müxtəlif sulfatlı-mineral bulaqlar qaynayır. Ərazi dərin dərələr, eləcə də dahi rəssam Səttar Bəhlulzadənin təbirincə desək, Qafqazın göz yaşlarına bənzəyən dup-duru hövzələrlə kəsilib-doğranır.    

Qoruğun təxminən 70 faizinin enliyarpaq meşələr – palıd, fısdıq, cökə, şabalıd, qoz, vələs, göyrüc ağaclarından ibarət olması torpaq örtüyü və floranın, 104 quş, 42 məməli (ayı, qaban, dağ kəli, porsuq, tülkü, meşəpişiyi, sincab), çoxsaylı onurğasız heyvan növlərinin mövcudluğu faunanı zənginləşdirir. Burada çox qiymətli dərman bitkisi olan jenşenin yetişdirilməsi, yüksək dağ palıdının bərpası, qaraçöhrənin, qarmaqvari şamın çoxaldılması, Sosnovski baldırğanı timsalında yem bitkilərinin məhsuldarlığı; beş minə yaxın Şərqi Qafqaz təkəsi, mindən çox maral, 800 başdan artıq qarapaça, 2000 civarında çöl donuzunun yaşaması bioloji, zooloji və ekoloji problemlərin tədqiqi baxımından xeyli əhəmiyyətlidir. Təsadüfi deyil ki, 1950-ci ildə müəssisədə elmi işlər şöbəsi yaradılıb. Elmi fəaliyyət qoruğun əməkdaşları və başqa tədris-tədqiqat institutlarının alimləri tərəfindən həyata keçirilir. 

Meşələrdə zoğal, əzgil, alça, yaşı 230–260 il olan, hündürlüyü 30-35 metrə çatan fıstıq ağacları, dəmirqara, sarı rododendron, kəndəlaş, qara murdarça kolları var. Ərazidə yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın "Qırmızı kitab"ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini ümumdünya "Qırmızı kitab"ına daxil edilmişdir. Gələn qonaqların rahatlığı və məlumatlılığı üçün qoruğun nəzdində Təbiət muzeyi fəaliyyət göstərir. 

Ölkəmizin zəngin biomüxtəlifliyinin mühafizəsi və ətraf mühitin qorunması kimi dövlət əhəmiyyətli məsələlərin həllinə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları öz fədakar əməkləri ilə layiqli töhfə verirlər. Müəssisənin direktoru Qalib Mehdiyev bildirir ki, Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılması və fəaliyyətində başlıca məqsəd meşə örtüyünün torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərinin mühafizəsi, aşağı zonadakı yaşayış məntəqələrini, əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, bitki və heyvanat aləmini zənginləşdirmək olmuşdur: "Kollektivimiz öz işini günün tələbləri səviyyəsində -dövlət rəhbərliyinin sərəncamları, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan göstəriş və tövsiyələr əsasında qurur. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaşıl dünya naminə təqdirəlayiq təşəbbüs və fəaliyyətləri var. Nazirliyin Bioloji müxtəlifliyin qorunması xidməti ilə birbaşa əlaqə saxlayırıq, sağ olsunlar, bu çətin, məsul, gərəkli istiqamətdə lazımi məsləhətlər verir, böyük köməklik göstərirlər. Qoruğun yerləşdiyi rayonlarda İcra Hakimiyyəti başçılarının da diqqət və qayğısını mütəmadi hiss edirik. Bizim sahə elədir ki, eyni zamanda xalqla birgə, sıx ünsiyyətdə çalışırıq, Zaqatala-Balakən camaatı, xüsusən də əhatə olunduğumuz kəndlərin əhalisi həm müəyyənləşmiş qayda-qanuna riayət edir, həm də əllərindən gələn dəstəyi əsirgəmirlər. Hazırda respublikamızda ətraf mühitin mühafizəsi, flora və faunanın zənginliyi, iqlim fəsadlarının önlənməsi, havanın təmizliyi yönündə ciddi işlər gedir, nüfuzlu, əlamətdar tədbirlərə hazırlıqlar başlanılıb. Çalışacağıq ki, bizə göstərilən etimadı yüksək səviyyədə doğruldaq".

Bu il Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasının 95-ci ildönümüdür. Bu ixtiyar yaşlı, amma xeyirxah, savablı fəaliyyətdən yorulub-usanmayan, Azərbaycan yaşıllaşdıqca gəncləşən təbii sərvətlər mühafizi az qala bir əsrdir ki, ana təbiətin keşiyindədir.  Uğurlar arzulayırıq, həmişə iş başında və belə məsul postda!


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

22.07.2025 / 09:31
Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb

22.07.2025 / 09:21
Prezidentin pişiyinə cangüdən ayrıdılar...

22.07.2025 / 09:14
"Mançester Siti" bu futbolçuya 40 milyon avro qiymət qoydu!

22.07.2025 / 09:06
Batan gəmi 109 il sonra tapıldı...

22.07.2025 / 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür...

22.07.2025 / 09:00
14 yaşlı yeniyetmə Novxanı çimərliyində həyatını itirib

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910