DİN vətəndaşlara müraciət etdi: şübhəli linklərə daxil olmayın və ödəniş etməyin!
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, "vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaları barədə göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb-səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk. Bu cür hallarla rastlaşdıqda linklərə daxil olmamaq və saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyyə olunur."