Çərşənbə günü, 23 iyul 2025
     

ÜTT Azərbaycanı öz sıralarında görmək istəyir – amma... problem var

Image

Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında münasibətlər artıq 30 ilə yaxındır ki, iqtisadi gündəmin əsas müzakirə predmetlərindən biridir. 

Məsələni yenidən aktuallaşdıran səbəblərdən biri isə prezident İlham Əliyevin ötən həftə  Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul etməsi oldu. Söhbət zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da ÜTT-nin rəhbəri ilə görüşüb. O, X sosial şəbəkə hesabında bildirib ki, görüşdə Azərbaycanın təşkilata üzvlük prosesi müzakirə edilib: "ÜTT-nin baş direktoru xanım Nqozi Okonyo-İveala ilə görüşdə ölkəmizin təşkilata üzvlük prosesi müzakirə edildi, əlaqələrimizin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik". Qeyd edək ki, Azərbaycanın 1997-ci ildə bu təşkilata üzv olmaq üçün danışıqlara başladığı açıqlanıb. Amma 27 ildir davam edən danışıqların nəticəsi yoxdur. Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatının əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradıl­ması, bununla da iqtisadi inkişafın artı­rılması, habelə insanların həyat səviyyə­sinin yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu nəticəsin­də formalaşan Sazişlər Paketi əsasında üzv ölkələr arasında iqtisadi-ticari müna­sibətlərin tənzimlənməsidir. Əslində, Azərbaycan quruma üzv olmaqda maraqlıdır. Amma ölkəmiz qarşısında irəli sürülən müəyyən şərtlər məsələyə əngəl yaradır. Bu fonda prezident İlham Əliyevin hələ 2019-cu il dekabrın 23-də jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində dedikləri xüsusi qeyd olunmalıdır: "Bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil... Əsas vəzifəsi qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artımıdır və belə olan halda daxili bazar da qorunmalıdır. Əgər biz indi Ümumdünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq". Hesab olunur ki, ÜTT-yə üzv olmaq üçün ilk növbədə rəqabət qabiliyyətli yerli istehsalı  inkişaf etdirmək lazımdır. Dünya bazarında rəqabət qabiliyyətli son məhsul və xidmətlərlə çıxış etmək üçün yerli istehsalın inkişaf səviyyəsi, hələ ki, nəzərəçarpacaq dərəcədə yüksək səviyyədə deyil. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev  isə "Turan"a deyir ki, Azərbaycanın ÜTT-yə üzv olmaq üçün artıq uzun müddətdir siyasi iradəsi var: "Amma bu təşkilata üzv olmaq üçün 40-a yaxın sənəd imzalanmalıdır. O cümlədən də o sənədlər ki, onları imzalayandan sonra bazar digər ölkələrdən gətirilən ucuz malların təzyiqi altında qala bilər".

Onun  fikrincə, ÜTT-yə üzvlük məsələsi prinsip etibarilə iqtisadidən daha çox siyasi qərardır: "İş burasındadır ki, ÜTT-yə üzv olan bir neçə postsovet ölkəsi var, amma bunun nəticəsində həmin ölkələrin iqtisadiyyatının əhəmiyyətli dərəcədə yüksəldiyini demək olmaz. Əksinə, bunun nəticəsində onların xarici borcları bir neçə ilə iki-üç dəfə artıb.  Azərbaycan ilk növbədə xarici malların yerli istehsal ilə əvəz olunması prosesini sürətləndirməlidir. İkincisi, biz proteksionizm siyasəti yürütməliyik. Hər ikisini də edirik. Üçüncüsü isə, bütün ssenarilərə hazır olmalıyıq. Məsələn, ÜTT-yə üzv olarkən fermerlərimiz, ərzaq malları istehsalçıları və digər istehsalçılar çox əlverişsiz vəziyyətə düşəcəklər. Xaricdən gələn ucuz mallarla rəqabət aparmaq çox çətin olacaq". Deputat vurğulayıb ki, ÜTT-yə üzvlüyün çoxlu üstünlükləri var - ölkənin ixrac imkanları artır, istehsal, ticarət səviyyəsi düzəlir: "Amma risqlər var, bu risqlər ölkə rəhbərliyini düşünməyə və həmin üzvlüyə ölkə iqtisadiyyatını hazırlamağa vadar edir. İqtisadiyyatımız güclü olmalıdır. Ölkə rəhbərliyinin qərarı doğrudur, çünki hər şeyi ehmalca etmək lazımdır və biz də öz iqtisadiyyatımızı həmin üzvlüyə tələsmədən hazırlayırıq. Biz iqtisadiyyatımızı buna adaptasiya etməliyik. Bununla da bizim qazancımız itkilərdən dəfələrlə çox olacaq". Daha bir mühüm məsələ kənd təsərrüfatında ixraca subsidiyaların həcminə tətbiq edilən nisbi kvota ilə bağlıdır. Bu kvota inkişaf etməkdə olan ölkələr üçün subsidiyaların kənd təsərrüfatı məhsulunun ümumi həcmində 10%, inkişaf etmiş ölkələr üzrə isə 5% miqdarında verilir. Bu şərtə görə, Azərbaycan 10% həcmində güzəştdən faydalanmaq istəsə də ÜTT digər variantın tətbiqini istəyir. İqtisadçı Toğrul Vəliyev isə qeyd edir ki, həmin təşkilata üzvlük ölkənin məqsədlərindən, hökumətin strateji prioritetlərindən asılıdır: "Üzv olmaq üçün bu qədər müzakirə aparmağın heç bir mənası yoxdur. Sadəcə, hökumət üzv olmaq istəmir və bunu onunla tez-tez əsaslandırır ki, üzv olsaq, itirə bilərik. Bu təşkilata üzv olursansa, gömrük rüsumlarını aşağı salmalısan, bazarı hamı üçün açmalısan. Belə olan halda, Azərbaycana idxal olunan malların qiyməti kəskin aşağı düşəcək və bu da onsuz da çətinliklə mövcud olan yerli bazarı, demək olar ki, öldürəcək". Ekspertin sözlərinə görə, burada ən böyük problem ondan ibarətdir ki, yerli bazar çox da inkişaf etməyib: "Yerli mallar nisbətdə çox bahadır. Üzvlük reallaşarsa, idxal olunan mallar çox ucuzlaşacaq və ölkədə faktiki olaraq bir-iki sahədən başqa heç nə qalmayacaq. Ona görə də bu üzvlüyə niyyət yoxdur". 

Qeyd edək ki, Azərbaycanın ÜTT-yə üzvolma niy­yətini əks etdirən müraciəti 1997-ci ildə bu təşkilatın katibliyinə təqdim edilib. 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 15:57
Suriya Türkiyədən rəsmən hərbi dəstək istədi... - Türkiyə MN açıqladı...

23.07.2025 / 15:33
Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı...

23.07.2025 / 15:15
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər...

23.07.2025 / 14:53
DİN çimərliklərdə nəzarətsiz qalan azyaşlılarla bağlı çağırış etdi - ani nəzarətsizlik...

23.07.2025 / 14:33
Azərbaycan və Seneqal arasında imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910