Çərşənbə günü, 9 iyul 2025
     

Sülh danışıqları dalanda, Qərbin ziyanlı təmənnaları, Əliyevin unikal gedişi... - Aydın QULİYEV yazır...

Image

Ermənistanın Azərbaycanla vasitəçilərsiz sülh sazişi danışıqlarına gedəcəyi öncədən şübhəli görünürdü. Noyabrın 30- da sərhədin hansısa nöqtəsində delimitasiya-demarkasiya üzrə danışıqların olacağı barədə xəbərlər yayılanda bəzi ümidlər yaranmışdı ki, Ermənistan sülh sazişi üzrə danışıqlara gəlməyə qərar verib. Əslində isə Ermənistanın 30 noyabrda Azərbaycanın  görüş təşəbbüsünə müsbət cavab verməsi sülh sazişi üzrə danışığa yox, sərhəd məsələlərinə dair danışıqlara razılıq verməsindən başqa bir şey deyil. O da hələ baş tuta, tutmaya...

Sərhəd danışıqları hələ sülh sazişi danışıqları demək deyil. Öz növbəsində Azərbaycanın sülh danışıqları barədə təklif və təşəbbüsləri də təkcə sərhəd danışıqlarına  çağırış demək  deyil. Məntiqi olaraq bu da qəti aydındır ki, Ermənistanın sülh sazişi danışıqlarına razılıq verməsi və sərhəd danışıqlarına razı olması bir-birindən fərqli şeylərdir. Ermənistan sərhəd danışıqlarına razılıq verməkdə o qədər çətinlik çəkmir, halbuki sülh sazişi danışıqlarına "can çəkə- çəkə" gəlir. Çünki o, sülh sazişi danışıqlarının baş tutmamasında maraqlıdır, çalışır ki, hətta sülh danışıqları baş tutduğu halda belə yekunlaşmasın və qeyri-müəyyən vaxta qədər uzansın. Ermənistan sərhəd delimitasiya danışıqlarının çox uzun sürəcək bir proses olduğunu yaxşı bilir. Bu növ danışıqlara dərhal razılıq verməklə həm özünü konstruktiv tərəf kimi göstərmək fürsəti tapır, həm də heç kimin onu danışıqları tez yekunlaşdırmağa tələsdirməyəcəyini bilir. Hamı görür ki, sərhədlərin delimitasiyası hər metr xəttin müzakirəsi deməkdir, çətin prosesdir.  tez bitməyəcək və illərlə davam edəcək. Azərbaycan - Ermənistan sərhədi Nigerlə Çadın sərhədi deyil ki, hər yerdə düz xətt üstündən keçsin və diplomatlar xətkeşi bu yandan qoyub o yandan çıxsınlar. Ermənistan sərhəd danışıqlarına nisbətən asan razılıq verməklə həm də bu yolla sülh sazişi danışıqlarının başlanmasını uzatmaq istəyir. Ermənistanın hərdən "sülh sazişi delimitasiya razılaşmasından sonra imzalansın"  kimi bəyanatları təsadüfi deyil.

Hazırda Ermənistanın əsas məqsədi sülh sazişi danışıqlarının mümkün qədər gecikdirilməsi və bu istiqamətdə görüşlərin pozulmasıdır. Bu mənada ermənilər sərhəd delimitasiya təklifinə asan razılaşmaqla həm saziş danışıqlarından diqqəti yayındırmağa çalışır, həm də "biz konstruktiv tərəfik" deyə bir rəy yaratmaq istəyir.

Ermənistan hakimiyyətinin hazırda səylərinin yönəldiyi əsas hədəflərdən biri də sülh sazişi danışıqlarının Moskvada yox, olsa-olsa Brüsseldə və ya Vaşinqtonda keçirilməsini razılaşdırmaqdır. Moskvada həm Rusiyanın, həm də Azərbaycanın təzyiqləri ilə üzləşməkdən çəkinir. Vaşinqton  və Brüsseldə isə özünə müttəfiqlər, sülh danışıqlarının uzun illər uzadılmasına yetərincə imkanlar görür. Axı Qərb də Ermənistanın özü kimi sülh sazişinin tezliklə imzalanmasını istəmir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı şərtlər daxilində Vaşinqtonda və ya Brüsseldə sülh danışıqlarının baş tutmasında Azərbaycan maraqlı deyil və ola da bilməz. Azərbaycan Vaşinqton və ya Brüsseldə sülh danışıqlarına necə etimad edə bilər ki, Fransa, ABŞ, Qərb təşkilatları var gücləri ilə Azərbaycana qarşı məqsədyönlü savaş açıblar. Elə bunların nəticəsi oldu ki, İlham Əliyev haqlı olaraq iki dəfə Qranada və Brüssel görüşlərindən imtina etdi.

Beləliklə, əslində bu gün Azərbaycan - Ermənistan sülh sazişi danışıqlarının dalana girdiyinin əlamətləri ortadadır. Bunun məsuliyyətini tam olaraq Ermənistan və dostları daşıyır. Sülh danışıqlarının Moskvada keçməsini Ermənistan istəmir, Vaşinqtonda və Brüsseldə olması isə prinsipcə Azərbaycana sərf etmir.

Əlbəttə, vəziyyət çıxışsız deyil. Əgər Ermənistan konstruktiv ola bilsə, çıxış yolu var. Yetər ki, Azərbaycan - Ermənistan sülh sazişi məsələsinə Qərblə Rusiyanın arasında geosiyasi intriqa mövzusu kimi baxılmasın, sülh gündəliyində əsasən Cənubi Qafqaz regionunun daxili potensiallarına güvənilsin, qeyri-region qüvvələrinin regiona gətirilməsinə pərdəarxası məqsəd kimi baxılmasın. Ermənistan rəhbərliyinin bunu qəbul edəcəyi təəssüf ki, mümkünsüz görünür.

Dalandan başqa çıxış yolu da var. Bir halda ki, nə Moskvada, nə də Qərb paytaxtlarında danışıqlar variantı mümkün deyil, bu halda istənilən bitərəf məkanda, lakin ikitərəfli danışıqlar variantı ideal çıxış yolu kimi diqqət çəkməkdədir. Bu şansı da ilk olaraq Azərbaycan Prezidenti gördü. Belə ki, Moskvada razılaşmaların əldə olunmasına Qərb mane oldu, Qərbdə gəlinən razılaşmaları isə Moskva qəbul etmədi. Prezident İlham Əliyev bunu dərhal qeydə aldı və ötən aylarda Tiflis səfəri zamanı Tiflisdə ikitərəfli Bakı - İrəvan danışıqlarının davam etdirilməsini təklif etdi. Ermənistanın istədiyi təqdirdə danışıqların Gürcüstanın vasitəçiliyi ilə ola biləcəyini də istisna etmədi. Bütün "topları" Ermənistanın qabağına atdı. Lakin gözlənildiyi kimi, Paşinyan bu variantda danışıqlara da məqbul yanaşmadı. Çünki əvvəla, sülh danışıqları ümumiyyətlə onun maraqlarında deyil, ikinci, danışıqların yalnız Brüssel, Vaşinqton və ya Paris variantlarını mümkün hesab edir, üçüncü, Paşinyan Fransanın böyük təsiri altındadır.

Təəssüf ki, bir vaxtlar ikitərəfli danışıqlar variantında çox təkid edən ABŞ-ın da baxışları bu gün dəyişib. ABŞ ikitərəfli danışıqlar variantını əvvəlki mövqedən fərqli olaraq indi elə şərtlər çərçivəsində təşfiq edir ki, çətin baş tuta bilsin. Məsələn, Qarabağ ermənilərinin qayıdışına ayrıca bir status çərçivəsində baxır, rus sülhməramlılarının əvəzlənməsi perspektivindən danışır, Azərbaycandan elə bir konstruktivlik umur ki, suverenliyimizin bir parçasından imtina edək, Paşinyanın mifik "dünya kəsişməsi" layihəsini Zəngəzur dəhlizinin alternativi kimi qəbul edək və sair. Açıq deyilməsə də, Azərbaycandan Ermənistanla birlikdə Rusiyaya qarşı bir oyunun içində olmağı umurlar. "Ermənilərlə konstruktiv ol, suverenliyin bir parçasından çəkil, Rusiyaya qarşı bizimlə müttəfiq ol" - Qərbin diplomatik ifadələrlə və cürbəcür təzyiqlərlə hazırda Azərbaycandan almaq və əvəzində "sülh sazişi" vermək istədiyi bunlardır... Təbii ki, mümkünsüz və bizə düşmən təmənnalardır...

Yekun qənaətə gəlmək olar ki, sülh sazişi danışıqlarının yaxınlarda baş tutmaq ehtimalı çox zəifdir. Yaranmış durumdan nisbətən ən real çıxış yolu olaraq İlham Əliyevin unikal ikitərəfli danışıqlar təklifi əleyhinə isə bir neçə tərəfdən təxribatlar var. Sərhəd danışıqları isə hətta baş tutacağı halda tez yekunlaşmaq imkanına malik deyil. Çünki sərhəd danışıqları özlüyündə mürəkkəb məsələdir, üstəlik Ermənistanın onu bütün əlavə vasitələrlə daha da çətinləşdirəcəyinə şübhə edilmir...

Aydın QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910