Rusiyada 2 tramvayın toqquşması bir nəfərin həyatına son qoydu
Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsündə iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb. Bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib. “Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb.
Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik”, - o qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib.
Mətləb Salahov