Şənbə günü, 12 iyul 2025
     

Odlar Yurdunun Asenaları

Image

Qadın! Qadın - Şəriətdə və cəmiyyətdə ən ali varlıq, toplumun sütunudur. Qadın – Ana; Qadın – Bacı; Qadın - Müəllim; Qadın – İctimai xadim; Qadın - İdarəçi! Qadın anlayışı istənilən mövqedən ən yüksək məqam kimi təhlil olunur. İslam dinində qadın obrazı Həvva ananın timsalında ilahi güc kimi təmsil olunurdu. Türk dünyası tarixində qadınlar xaqanın ilham və güc qaynağı idi. Bugünkü dövrə nəzər salsaq, dünyada qadınların mövqeyinin nə dərəcədə yüksəldiyinə şahid olarıq. Sözügedən yüksəliş istər siyasi sahədə, istər idarəetmə prosesində, istərsə də bütövlükdə cəmiyyətin sosial-ictimai həyatında özünü göstərir. Azərbaycan qadınları tarixboyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə - dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparıb, dünya tarixində hünər, cəsarət, vətənpərvərlik, müdriklik nümunələri olublar. Əsrlər boyu dillərə dastan Nüşabələr, Burla Xatunlar, Nigarlar, Həcərlər qadın adlı müqəddəs missiyanın poetik obrazlarına çevriliblər. Zəmanəmizdə bu missiyanın davamçıları - "Ağ yol"un yolçuları, qəhrəman anaları və qəhrəmana çevrilmiş Fərizələr, Gültəkinlər, Salatınlar, Növrəstələr yaxın keçmişimizdə, tariximizdə adlarını qanları ilə əbədiləşdirdilər. Bu gün biz Azərbaycan tarixinin xronologiyasına nəzər salsaq, oradan gözümüzdə parlaq qadın simaları canlanır, məhz o xanım şəxsiyyətlərin ömür yolu və ictimai fəaliyyəti haqqında qismən də olsa qələmə almaq, biz yaradıcı gənclərin vəfa borcudur. 

Azərbaycan dövlətçilik tarixində bir çox hökmdar qadınlar olmuşdur ki, belə qadınlardan ilki də Tomrisdir. Tomris e.ə VI əsrdə yaşamışdır. Massaget hökmdarı Alp Ər Tonqanın nəslinin davamçısı kimi e.ə 570-520-ci illərdə Massaget dövlətini şərəflə idarə etmişdir. Tomrisin Əhəməni hokmdarı II Kir üzərindəki qələbəsi, oğlunun qisasını alması tarixdə həm əsl ana, həmdə mahir sərkərdə kimi yadda qalır. Bu qələbə Azərbaycanın dövlətçilik və hərb sənəti tarixində ən şanlı səhifələrdən biridir.

Azərbaycan tarixinin intibah dövrünə nəzər salsaq,  Atabəylər dövlətinin həm siyasi, həm də mədəni rolunu aydın görə bilərik. Belə ki, əksər  uğurlu   hökmdarın, quruluşun arxasında qadın özünəməxsus rol oynamış, fəxr ediləsi işlər görmüşdür. Belə qadınlardan biri də Möminə xatun olmuşdur. Möminə xatun istər Səlcuq, istərsə də, Atabəylər dövlətinin dövlətçilik tarixində həm həyat yoldaşı, həm ana kimi mühüm işlər görmüşdür. Möminə xatunun uzaqgörən siyasəti, dəyərli məsləhətləri ilə Əmir Atabəy Şəmsəddin Eldəniz tezliklə sultanlığa böyük nüfuz qazandıraraq dövrünün ictimai-siyasi xadiminə çevrilmişdir. Həmçinin  üç övlad böyüdüb tərbiyə edən Möminə xatun nəsil nəcabəti, şəcərə dəftəri, kübarlığı ilə Azərbaycan, şərq və türk ucalığına, qadın müqəddəsliyinə və müdrikliyinə nümunə idi. Möminə xatunun vəfatından sonra onun eşqinə Eldənizlər sülaləsinin başçısı adından bir məqbərə ucaldıldı. Bu məqbərə Şəmsəddin Eldənizin səadət ilahəsi və xoşbəxtlik çeşməsinin, Atabəylərin ləyaqət zirvəsinin eşqinə ucaldılmışdı.

Azərbaycanın milli dövlətçilik tarixinin parlaq mərhələsini təşkil edən Ağqoyunlular dövləti özünün iqtisadi-sosial dirçəlişi, geniş əraziləri, daxili və xarici siyasəti ilə XV yüzillikdə qonşu dövlətlərlə yanaşı, uzaq Avropada da məşhur idi. Belə uğurlu dövlətin siyasətinin səhmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatun həlledici rol oynamışdır. Şərqin ilk diplomat xanımı hesab edilən Sara xatun 1403-cü ildə Bayandur elində doğulmuş, 1465-ci ildə vəfat etmişdir. O, böyük siyasətdə qazandığı ən böyük uğurunun təməlini 1453-cü ildə oğlu - Ağqoyunlu hökmdarı Uzun Həsən taxta çıxdığı zaman qoymuşdu. Sara xatun Avropa kralları tərəfindən uzaqgörən siyasətçi, müdrik və məğrur dövlət xadimi kimi qəbul olunurdu. Hərbi-siyasi rəqibləri ilə eyni masaya əyləşəndə, fikir mübadiləsinə başlayanda dövlət maraqlarına, dini dözümlülüyə önəm verən, buna ağlı, iradəsi, qadın ürəyi və ana siqləti ilə nail olan Sara Xatun bir elçi olaraq heç bir beynəlxalq səfərdən, diplomatik görüşdən əliboş dönməzdi. Belə ki, Qərb, Avropa kralları, Venesiya hakimləri, Roma Papası, Osmanlı sultanları Ağqoyunlular sarayına göndərdikləri, nümayəndələrə Sara Xatunla görüşməyi, bilavasitə onunla danışıqlar aparmağı tövsiyə edərdilər. Qadınların hüquqsuz vəziyyətdə olduğu bir dövrdə Sara xatunun gördüyü tarixi əhəmiyyətli işlər onun qeyri-adi istedad və bacarığından xəbər verirdi. Çətinliklərdən bacarıq və ağılla çıxan, kişiləri düzgün yola məharətlə istiqamətləndirməyi bacaran Sara xatun uzaq tarixi keçmişdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti cəmiyyətdə şəxsiyyət kimi formalaşmağa can atan hər bir qadına örnəkdir. 

XX yüzillikdə "Azərbaycan qadını"nın parlaq simasına çevrilən şəxsiyyətlərdən biri də Zərifə xanım Əliyeva olmuşdur. O, 1923-cü il aprelin 28-də Naxçıvanda dünyaya göz açmışdır. Sənətin, poeziyanın, milli-mənəvi dəyərlərin qorunduğu, elmin və ictimai-siyasi baxışların formalaşdığı bir ailədə dünyaya gələn Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi. Nəcib və xeyirxah insan, həkim, alim, ictimai xadim Zərifə xanım Əliyeva 1985-ci ildə Moskvada dünyasını dəyişmişdir.

Müasir Azərbaycanın digər görkəmli qadın ictimai-siyasi xadimi, jurnalisti, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva idi. O, 1975-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Qənirə xanım jurnalistikamızın cəmiyyətimizə qazandırdığı parlaq simadır. O, bu baxımdan bənzərsiz, təkrarsız və özünəməxsusdur. Çoxsaylı müsahibələri, reportajları, məqalələri həm jurnalist peşəkarlığı nümunələri, həm də tariximizin yaşantısıdır. Həmçinin Qənirə Paşayeva, sözün əsl mənasında, millətinin vəkili idi. O, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədri olmuşdur. Qənirə xanım, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, elmi, publisistik kitabların, romanların, yüzlərcə məqalənin müəllifidir. Səhayət etdiyi müxtəlif ölkələr barədə yazdığı kitablar həmin ölkələri tanıdır, eyni zamanda, xalqlar arasında dostluq münasibətlərinin yaranmasına layiqli töhfə verirdi. Bu mənada Qənirə Paşayeva obrazı həm də beynəlmiləl missiya yerinə yetirirdi. Onun bədii əsərləri zəngin daxili aləminin göstəricisi olmaqla yanaşı, lirik şeirləri və onlara bəstələnmiş dillərə əzbər mahnıları onun munis duyğularını əks etdirən gerçək ruh adamının yaradıcılıq təntənəsi idi. Çox təəssüf ki, Qənirə Paşayeva yaxın zamanda- 28 sentyabr 2023-cü il tarixində dünyasını dəyişmişdir. Onun yoxluğu vətənimiz, bütövlükdə türk dünyası üçün son dərəcə böyük itkidir. Hər kəlməsi Azərbaycan olan Qənirə xanım əsl vətənpərvər qadın nümunəsi idi. O, vətənpərvərliyi əməli fəaliyyəti ilə ortaya qoymağı yüksək məharətlə bacarır, dünyanın dörd bir yanında yorulmadan, usanmadan "Azərbaycana ədalət" siyasətini özünəməxsus pafoslu çıxışları ilə tarixin yaddaşına yazmışdır.

Çağdaş zamanımızda ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özünün həm ictimai-siyasi, həm humanitar fəaliyyəti, həm də elmi yaradıcılığı ilə dünya qadınlarına bir nümunədir. Mehriban xanım Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan, İngilis və Rus dillərində işıq üzü görən Azərbaycan-İrs jurnalının təməlini qoymuş, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Mehriban xanım Əliyeva ona olan sonsuz etimada böyük hörmət və məsuliyyətlə yanaşdığından qısa zaman kəsiyində bütün bu sahələrdə çox saylı uğurlar və nailiyyətlər əldə etmişdir. Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində apardığı işlər xüsusilə qeyd olunmalıdır. Məsələn, "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihəsi ölkədə böyük əks-səda doğurmuşdu. Bu gün Azərbaycanın Birinci xanımı vətənində olduğu kimi Şərqdə və Qərbdə, inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da belə tanınır və sevilir. Bu gün Mehriban xanım öz fəaliyyəti ilə Böyük İpək Yolu layihəsinə, milli dövlətçilik tariximizə, sivilizasiyaların dialoquna töhfələr verir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə aparan təlatümlü yollarda Mehriban xanım Əliyevanın ölkə Prezidenti ilə çiyin-çiyinə dayanması müqəddəs ailə tablosunun təcəssümüdür. O günlərdən bu günlərə şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət, qayğı, mehr-məhəbbət Azərbaycan qadınının ana şəfqətinin nəcib göstəricisidir. İftixar hissi ilə deməliyik ki, bu gün milli dövlətçilik və müstəqillik tariximizin yeni və parlaq səhifəsinə ilk dəfə olaraq qızıl hərflərlə yazılmış Birinci Xanım İnstitutu da məhz Mehriban xanım Əliyevanın adı, imzası və onun sərhədlərə sığmayan xoşməramlı fəaliyyəti ilə bağlıdır.

Bəşər tarixində insan övladının qadın məhfumuna məhəbbətinin, məhz Azərbaycan qadınını tərənnüm olaraq əks etdirdiyim bu yazıda, adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan görkəmli qadın dövlət xadimlərindən, dövrünün idarəçilərindən bəhs etmişəm. Dilindən, dinindən, irqindən, əqidə və məsləyindən, cəmiyyətdə tutduğu ictimai-siyasi mövqeyindən asılı olmayaraq, qadın qadındır, qadın Anadır! Qadın olan yerdə sülh, sabitlik, əmin-amanlıq və isti ocaq var! Bu müqəddəsliyə isə həmişə ehtiyac olub… Dünən də! Bu gün də! Sabah da olacaq!

Müəllif: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ll kurs tələbəsi Lətifə Təkin Ay (Quliyeva)

 

 

 




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910