Erməni keşiş Baqratın etirazlarda iştirak edənlərə pul verdiyi təsdiqləndi - 5 min dram...
Ermənistanda keşiş Baqrat Srbzanın (Qalstanyanın) etiraz aksiyasında iştirak edənlərə 5 min dram (təqribən 20 manat) pul verdiyi məlum olub.
Trend xəbər verir ki, Ermənistan KİV Qalstanyanın tərəfdarlarının telefon danışığının stenoqrammasını yayıb.
Məlumata görə, telefon danışığının əvvəlində Qalstanyanın tərəfdarları söhbətin nədən getdiyinin anlaşılmaması üçün şifrəli danışaraq dram əvəzinə "düyü" sözündən istifadə ediblər. Belə ki, onlar 1000 dramı "1 bağlama düyü" ifadəsi ilə əvəz ediblər. Lakin söhbətin ortasında onlar görünür, şifrəli danışmaqdan yorularaq etirazlarda iştirak üçün pul təklif olunduğundan açıq şəkildə danışır, sonda isə nəyisə xatırlayaraq yenidən dram əvəzinə "düyü" sözündən istifadə edirlər.