Azərbaycanın keçmiş DTK sədri Rusiyada vəfat edib
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib. Onun 82 yaşında Rusiyada vəfat etdiyi bildirilir. Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.
1942-ci ildə Qubada anadan olan Vaqif Hüseynovun 1993-cü ildən Moskvada yaşadığı qeyd olunur.
Mətləb