Vətəndaş nə etsin ? Çarə qaldı qara təhsil bazarına üz tutmaqla ingilis dili öyrənməyə - Taleh Şahsuvarlı...
"Məsələni çözdüm. Çoxsayda qanuna, rəsmi sənədə, proqrama istinad etmədən, kəsəsini deyəcəm." Bu fikirləri tanınmış jurnalist Taleh Şahsuvarlı öz sosial şəbəkə hesabında bildirib. T. Şahsuvarlı daha sonra yazır: "Deməli, doktoranturaya qəbul imtahanlarında ingilis dilindən DİM-in maksimum balı İELTS sisteminin 5 balına bərabər ola bilər. Çünki Azərbaycanda təhsilin dövlət standartlarına görə, magistraturada xarici dil üzrə tələbənin 4 min söz ehtiyyatı ilə şifahi və yazılı ünsiyyət qurması hədəflənir. Bu da CEFR sisteminin B2, İELTS-in 5 balına bərabərdir. Bu balı toplayan dil istifadəçisi proqram tərəfindən belə xarakterizə olunur: "Məqbul istifadəçi- dilə qismən hakimdir, əksər hallarda vəziyyətdən çıxır, ancaq xətalar da edir. Öz sahəsində mövzudan baş çıxarır".
Əgər dövlət təhsil standartının maksimumu İELTS üzrə 5 baldırsa, deməli, DİM-in keçid saydığı 25 balının İELTS üzrə ekvalenti də maksumum 4 bal olmalıdır. Bu bal üzrə istifadəçi məhdud hesab olunur, ancaq bəlli bir mövzularda şifahi və yazılı ünsiyyət qura bilər.
Bəs, DİM nə edir?
İmtahana saldığı sualların maksimumu İELTS-in 10 balına bərabərdir, halbuki İELTS də 10 bal yoxdur ))) Bu, ingilis dilini latın dili qarışıq bilmək kimi bir şeydir )))
DİM-in minimim saydığı 25 bal isə hazırda İELTS-in 5.5 balından çoxdur. Beləliklə, DİM-in minimumu Azərbaycan dövlətinin magistr üzrə rəsmi təhsil standartının maksimumundan çoxdur. Bu fərqi də vətəndaş necə aradan qaldırmalıdır?
Əlbəttə, qara təhsil bazarına üz tutub kurslarda ingilis dili öyrənməklə!"