Kobaxidze ABŞ-ı Gürcüstanda inqilab cəhdində ittiham etdi - münasibətlərə yenidən baxılmalıdır...
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ABŞ-dan maliyyə dəstəyi alan Gürcüstan qeyri-hökumət təşkilatları (QHT) ölkədə inqilab etməyə çalışır.
“ABŞ tərəfindən maliyyələşdirilən QHT-lər hökumətin istefasını tələb etməklə inqilabda iştirak etdilər”, - Kobaxidze bildirib.
O bildirib ki, əvvəllər iki inqilab cəhdi olub, son həftələrdə isə üçüncü cəhd olub. Kobaxidze Tiflis ilə Vaşinqton arasında münasibətlərə yenidən baxılmalı olduğunu və bunun gürcü xalqının və ABŞ-ın marağına uyğun olacağını deyib: “Gürcüstan-ABŞ münasibətlərinə həqiqətən də yenidən baxılmalıdır, biz bunu ABŞ səfiri ilə də müzakirə etdik. Keçmiş səfirin dövründə çox şey pisləşdi, ona görə də Gürcüstan-Amerika münasibətləri yaxşılaşdırılması üçün yenidən nəzərdən keçirilməlidir".
TAHİR