Əhmədinejad İranda yenidən prezidentliyə namizəd oldu...
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad 28 iyunda keçiriləcək prezident seçkilərinə iştirak etmək üçün namizədliyini irəli sürüb.
İran mediası yazır ki, Əhmədinejad artıq namizədlik qeydiyyatından da keçib.
Qeyd edək ki, Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib. Bundan əvvəlki seçkilərdə isə namizədliyi qeydə alımayıb.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
TAHİR