Çərşənbə günü, 23 iyul 2025
     

"Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaq"

Image

Qarabağ Universitetinin rektoru Şahin Bayramov AZƏRTAC-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

-Şahin müəllim, bu günlərdə Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin olunmusunuz. Sizi təbrik edirik və ilkin fikirlərinizi öyrənmək istərdik.

-Bildiyiniz kimi, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli müvafiq Sərəncamına əsasən yaradılıb. Fürsətdən istifadə edərək, göstərdiyi böyük etimada görə dövlətimizin başçısına bir daha sonsuz minnətdarlığımı ifadə edirəm.

Adını çəkdiyim Sərəncamda qeyd edildiyi kimi, Qarabağ Universitetinin yaradılmasında əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır. Məlumdur ki, Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində həm 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra edilir. Təbii ki, belə bir şərait Qarabağda və Şərqi Zəngəzurda yüksəkixtisaslı kadr hazırlığına tələbatı artırır, tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını və inkişafını zəruri edir. Məhz bu kontekstdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaq.

- Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq prosesi necə davam edir?

-Yeni yaradılmış Qarabağ Universitetinin qısa müddət ərzində fəaliyyətə başlaması istiqamətində hazırda Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı ilə sistemli tədbirlər həyata keçirilir. 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində ali təhsilin bakalavriat səviyyəsində 6 fakültədə 27 ixtisas üzrə kadr hazırlığına start verilməsi nəzərdə tutulub. Cari ilin sentyabrında Qarabağ Universitetində ilk tələbələrimizi qarşılayacağıq. İlk tədris ilində Universitetimizdə 1000 nəfərdən artıq tələbənin təhsil alması gözlənilir. Hazırda Universitetin pedaqoji və inzibati heyətinin formalaşdırılması, tədris infrastrukturunun qurulması, abituriyentlər arasında təbliğat işlərinin aparılması və digər zəruri istiqamətləri əhatə edən kompleks fəaliyyətlər həyata keçirilir.

-Qarabağ Universitetinin qarşısında hansı vəzifələr qoyulub?

-Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq ilk ali təhsil ocağı olması Qarabağ Universitetinin qarşısında ciddi vəzifələr qoyur. Başlıca vəzifəmiz Qarabağın dirçəldilməsində, orada həyatın bərpasında və hərtərəfli inkişafın təmin olunmasında fəal iştirak edəcək yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Həmin mütəxəssislərin yüksək nəzəri biliklərə, zəruri praktiki səriştələrə, müasir dünyagörüşünə və innovasiya bacarıqlarına sahib olmaları əsas prioritetlərimizdir. Qeyd olunan vəzifənin yerinə yetirilməsinə imkan verəcək müvafiq tədris məzmununun, təhsil texnologiyalarının və idarəetmə mexanizminin yaradılması istiqamətində lazımi addımların atılmasına start vermişik. Eyni zamanda, Qarabağ Universitetinin tədqiqat əsaslı ali təhsil müəssisəsi olması digər mühüm vəzifəmiz kimi müəyyən edilib. Belə ki, ölkəmizin yeni mərhələdəki inkişaf ehtiyaclarına töhfə verən və real tətbiq oluna bilən tədqiqat nəticələrinin əldə olunması, cəmiyyətin və iqtisadiyyatın konkret problemləri üzrə innovativ həllərin hazırlanması əsas məqsədlərimizdəndir. Bu baxımdan, innovativ tədqiqat alətlərinin tətbiqinə imkan verən elmi-tədqiqat mühitinin yaradılması, müasir tədqiqat laboratoriyalarının formalaşdırılması, yerli və xarici qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə faydalı əməkdaşlığın qurulması diqqət mərkəzində saxlanılacaq. Bu çərçivədə, tələbələrdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların elmi-tədqiqat prosesinə və startap fəaliyyətlərinə aktiv cəlb olunması xüsusi önəm kəsb edəcək.

-Qarabağ Universitetində hansı ixtisaslar üzrə kadr hazırlığı aparılacaq?

-İlkin mərhələdə humanitar və sosial elmlər, iqtisadiyyat, mühəndislik, incəsənət, turizm və pedaqoji istiqamətlərdə ali təhsil proqramları həyata keçiriləcək. Növbəti illərdə isə fakültə və ixtisasların sayının artırılması nəzərdə tutulur. Kadr hazırlığı istiqamətində atılacaq önəmli addımlardan biri də Universitetdə 8 ixtisas üzrə SABAH qruplarının yaradılmasıdır. Belə ki, respublikamızın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələri müvafiq seçim prosesində uğurlu nəticələr göstərməklə, 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Xarici dil müəllimliyi (ingilis dili), "Maliyyə", "Mühasibat", "Beynəlxalq münasibətlər" və "Hüquqşünaslıq" ixtisasları üzrə təşkil olunacaq SABAH qruplarında təhsillərini davam etdirə biləcəklər.

-Qarabağ Universitetinin əməkdaşları necə seçilir?

-Universitetin akademik və inzibati heyətinin formalaşdırılmasına start vermişik. Əsas məqsəd Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinə imkan verəcək yüksəkixtisaslı peşəkar kadrların seçilməsidir. Qarabağ Universitetində müvafiq vəzifələrin tutulması üzrə elanlar müntəzəm olaraq Elm və Təhsil Nazirliyinin rəsmi saytında və sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılır. Hər bir elanda müvafiq vəzifə üzrə irəli sürülən tələblər konkret göstərilir. İlkin mərhələdə üç fakültənin dekanı təyin edilib. Elan olunan vakansiyalara böyük maraq var.

-Qarabağ Universitetinə qəbul olmaq istəyən gənclərə hansı mesajları vermək istərdiniz?

-Abituriyentlərə, eləcə də müvafiq ixtisaslar üzrə SABAH qruplarına qəbul olmaq istəyən birinci kurs tələbələrinə müraciətimiz odur ki, onlar Qarabağ Universitetini seçməklə, hər şeydən əvvəl, bu ali təhsil müəssisəsinin ilk tələbəsi adını qazanacaqlar. Bununla yanaşı, tələbələrimiz bir çox üstünlüklərdən faydalana biləcəklər. İlk növbədə, vurğulamaq istərdik ki, Universitetimizə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılacaq. Bu, o deməkdir ki, hər bir tələbə təqaüd alacaq. Eyni zamanda, Universitetimizə yüksəl bal toplayaraq qəbul olunan tələbələrə əlavə təqaüd verilməsi nəzərdə tutulur. Bundan əlavə, bütün tələbələr ödənişsiz mənzil tipli müasir yataqxana ilə təmin ediləcək, hər bir tələbəyə kompüter hədiyyə olunacaq. Digər bir üstünlük olaraq, tələbə və işçi heyətimizin yaradıcı, ekoloji təmiz və təhlükəsiz mühitdə təhsil alması, fəaliyyət göstərməsi və yaşaması üçün bütün imkanların yaradılacağını qeyd edə bilərik. Peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, maraqlı tələbə həyatı yaşamaq, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi olmaq istəyən bütün gəncləri Qarabağ Universitetində gözləyirik. Qarabağ Universiteti ailəsinin üzvü olmaq şərəfli və qürurvericidir.




VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910