Erkən nikah və onun fəsadları Lənkəranın Liman şəhər məktəbində müzakirə olundu
Lənkəranın Liman şəhər 1 saylı tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici görüş baş tutub.
Təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan tədbirdə erkən yaşda, eləcə də qohumlar arasında bağlanmış nikahların insan həyatında yaratdığı acı fəsadlarının ictimaiyyətə çatdırılması, eyni zamanda yetişməkdə olan gənc nəslin bu haqda vaxtaşırı maarifləndirilməsinin zəruriliyi vurğulanıb.
Həmçinin tədbirdə çıxış edənlər erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların hüquqlarının pozulması ilə müşahidə olunduğu bildirilib, bu halları vaxtında aradan qaldırmaq üçün, qarşısını almaqdan ötrü dövlət orqanları kimi, ictimaiyyətin də üzərinə böyük vəzifələr düşdüyü deyilib.
Sonda yeniyetmələri mövzu haqqında düşündürən suallara ətraflı cavab verilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü