Şənbə günü, 12 iyul 2025
     

Zəngəzur dəhlizi açılır, Kərki də qaytarılır...

Image

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir. Belə bir iddia ilə Ermnistanın "Qraparak" nəşri çıxış edib. Nəşr qeyd edir ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq: "Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. 

Ardınca Söyüdlü və Basarkeçər rayonu, daha sonra Zəngəzur qaytarılacaq. Göyçə mahalının Çəmbərək rayonunun Vahan kəndindən xəbər veriblər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib".

Nəşrin iddiasına əsasən, növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək: "Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır. Hakimiyyət insanları əmin edəcək ki, Zəngəzur tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq. İndilikdə  Rusiya qoşunlarının Zəngəzurda olması Paşinyanın planlarına mane olur. Rusiya qoşunları Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Zəngəzurda hərbi mövcudluğu davam edir. Daha əvvəl  də məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib. Rusiya hərbçiləri Zəngəzurdan tamamilə çıxarsa, bu bölgə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək". O da qeyd edilir ki, Ermənistanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxan "Vətən uğrunda Tavuş" hərəkatının fəaliyyəti hansısa nəticə verməyəcək. Xatırladaq ki, aprelin 19-da İrəvan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirib. Müvafiq bəyanatda deyilir ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır. Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər. Onlar demarkasiya işlərinə mane olmaq üçün İrəvan-Tiflis magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə, razılaşmaya görə, Azərbaycanın nəzarətinə düşür. Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdu. Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan İrəvana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu İrəvanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi. Erməni Kilsəsinin Ali Ruhani Şurası  Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan etmişdi. Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər. Bu fonda keçmiş prezident Robert Koçaryanın "Hayastan" fraksiyasının deputatları Nikol Paşinyana qarşı impiçment proseduruna hazırlaşdıqlarını deyiblər. Lakin bunu etmək üçün müxalifət parlamentdə kifayət qədər mandata malik deyil. Qalstanyan özü isə katolikos II Qareginlə iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini etiraf edib. Paşinyan və Ermənistan hökumətinin başqa rəsmiləri Erməni Kilsəsini siyasətə müdaxilə etməkdə günahlandırır.

Hazırda kilsə və radikal müxalifətin əsas məqsədi Azərbaycanla sərhədlərin müəyyən edilməsi prosesinə əngəl olmaqdır. Amma bu halda yeni savaş qaçılmazdır və erməni cəmiyyəti buna qarşıdır. Azərbaycan da məsələlərin sülh yolu ilə həllini iistəyir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fonda bildirir ki, Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib. O, Azərbaycanın sülh prosesinə sadiq olduğunu bir daha xatırladıb: "Ümid edirik ki, bu, firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. Mina problemi səyləri çətinləşdirir. Ancaq Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və Ermənistanın uzun müddət işğal etdiyi dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma normallaşma yolunun işinə müsbət təsir göstərir". Baş verənləri şərh edən rus politoloq Andrey Fyodorov isə bildirir ki, Ermənistanda sülhə qarşı çıxanları cəmiyyət rədd edir: "Bu gün İrəvanda baş verənlər Paşinyanın siyasətində problemlərin olması məsələsi deyil. Cəmiyyət ciddi şəkildə bölünür. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış siyasi və geosiyasi reallıqları cəmiyyət hələ də anlaya bilmir. Paşinyanın hakimiyyəti ərzində Ermənistan müxalifətinin gündəliyi son dərəcə məhduddur və Bakı, eləcə də Moskva üçün artıq qapalı olan Qarabağ məsələsində revanşizmə qayıtmağın müxtəlif variantlarını əks etdirir. Müxalifətin əsas problemi də budur: mövzu ölkənin gələcək inkişafı, dövlət quruluşu məsələləri deyil, keçmiş gündəmdir. Ona görə də müxalifətin çıxışlarının Ermənistanda hər hansı dəyişikliyə səbəb olacağını gözləmirəm. Artıq mövcud olmayan bir şeyi necə diqqət mərkəzində saxlaya bilərsiniz? Müxalifət 8 ildir insanların cari problemlərini həll edə bilmirsə, deməli, bunu istəmir. Onun heç belə bir istəyi də yox idi. Məqsədləri cəmiyyəti ağrı-acı ilə oyatmaq, əhalinin bu ağrısını müharibədə məğlub olanın əleyhinə yönəltməkdir. Ermənistan əhalisinin əksəriyyəti də Qarabağ məsələsi və əraziləri ətrafında bütün bu hay-küydən yorulub". Fyodorov qeyd edib ki, erməni müxalifətinin bu gün etdikləri və cəmiyyəti yenidən ayağa qaldırmağa çalışmaları sonuncu dalğadır: "Dini və mülki amillərin birləşməsi həmişə nəzərdə tutulduğu kimi işləmir. Müxalifətə rəhbərlik edən arxiyepiskop ruhani lider olmağa çalışanda siyasi lider ola bilməz. O, siyasətçi deyil. O, yalnız cəmiyyətin ilhamverici rolunu oynayır, təşkilatçı deyil. Ancaq əsl təşkilatçı yoxdur, hər şey kortəbii şəkildə baş verir. Mitinqlər kortəbii olduqda isə kifayət qədər tez bitir. Baxmayaraq ki, hər dəfə erməni müxalifəti mütəmadi olaraq "sabah hər şey həll olunacaq, biz qalib gələcəyik" deyir, amma arxiyepiskopun normal hökumət qura biləcəyini təsəvvür etmək qeyri-realdır. Əgər kütlə onu baş nazirliyə namizəd elan edibsə, bu, qeyri-legitimdir. Onun namizədliyini heç bir parlament qüvvəsi irəli sürməyib. Parlament onu seçməlidir. Parlamentdə isə Ermənistanın baş nazirinin fraksiyası çoxluğa malikdir. 2018-ci il çevrilişi zamanı Paşinyan hadisəsində olduğu kimi, çevriliş zamanı hakimiyyət dəyişikliyi baş verə bilər. Amma müxalifətin indiki baş naziri vəzifəsindən uzaqlaşdırmağa gücü çatmır. Bu gün Paşinyanı əvəz edəcək real siyasi lider yoxdur. Müxalifətin şüarları "Qarabağı qaytar, Qarabağa qayıt" sadəcə olaraq cəmiyyətin səfərbərlik formasıdır. Ermənistan isə indiki Azərbaycan hakimiyyəti dövründə tarixi geri qaytarıb Bakıdan nəsə geri ala bilməyəcək. Tarixi geri qaytarmaq üçün hərbi güc lazımdır. Azərbaycanla müqayisədə bu, Ermənistanda yoxdur".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910