Cümə axşamı günü, 29 may 2025
     

"Xatirə Kitabı" növbəti təqdimatını Şamaxıda keçirdi...

Image

Qəhrəmanlar, dahilər yurdu Şamaxıya idi yolumuz. Ədəbiyyat və mədəniyyət ocağı olan qədim Şamaxıya  Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktor Nəzakət Məmmədovanın rəhbərliyi ilə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin Şamaxı Rayon Mədəniyyət Mərkəzində təqdimatını keçirməyə gedirdik. "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin yolunu Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan şəhid ailələri gözləyirdi. Övladlarının, qardaşlarının, atalarının, doğmalarının xatirəsini əbədiləşdirən bu cildlliklər şəhid ailələrinə həqiqətən də bir təsəllidir.  

Xatirə Kitabı Redaksiyasının kollektivini və qonaqları   Şamaxı Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Tağızadə çox səmimiyyətlə qarşıladı. Təqdimat məraismi öncəsi  Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun, Şamaxı Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Tağızadənin, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın iştirakı ilə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət edildi, abidə önünə gül dəstələri qoyuldu. 

Şamaxı Rayon Mədəniyyət Mərkəzində böyük qələbəlik vardı. Şamaxı, İsmayıllı, Ağsu və Qobustan şəhidlərinin ata-anaları, yaxınları təqdimata qatılmışdı. Tədbirdə şəhid Sənan Əhmədovun anası Əzət ana, şəhid Şahmurad isgəndərovun atası Natiq İsgəndərov, şəhid Rəcəb Quliyevin anası Yaqut Quliyeva, şəhid Rüfət Əlifovun anası Elnarə Əlifova, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva, şəhid Elbrus Hüseynovun anası Sərməgül Hüseynova, Hüseyn Dadaşzadənin anası Gülşən Talıbova, Qamət Qurbanovun anası Fazilə Qurbanova, şəhid İsmət Qismətoğlunun anası Aynur Əhmədova iştirak edirdi. Tədbir öncəsi şəhid anaları ilə söhbətləşdik, onlar bir ağızdan dedilər ki, övadlarının Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmasından qürur hissi keçirirlər, gözləri yaşla dolsa da, ürəkləri qan ağlasa da, dayanıb dözürlər, balalarının igidliyinə söykənib onların xatirəsini yaşadırlar. 

Eyni gündə şəhid olan Elvinlər...

Mərkəzin foyesində daha iki şəhid anası ilə tanış oluruq. Bunlar şəhid Elvin Abbasovun anası Bahar xanım və Elvin Ağakərimovun anası Xədicə xanım idi. Onlar da sinələrinə çox böyük qürurla şəhid balalarının fotosu əks olunan nişan taxmışdılar. "Bizim oğullarımız həm adaş, həm də dost idilər. Cəbhədə də bir döyüşüblər, eyni gündə də şəhid olublar"- Bahar xanım dedi.        

Şəhid Sənan Əhmədovun anası Əzət ana dedi ki, 44 günlük Vətən müharibəsinə iki oğul yola salıb, oğullarından biri qayıtsa da, Sənan şəhidlik zirvəsinə ucalıb. "Mən balamla fəxr edirəm" deyir Əzət ana. 

Sonra Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin təqdimatı keçirildi. Əvvəlcə Dövlət Himni səsləndi, ardınca şəhidlərin xatirəsi   bir dəqiqəlik sükutla yad edildi. 

 "Şəhidlərimizin xatirəsi hər birimizin qəlbindədi"

 Tədbiri açan şair-publisist Rəfail Tağızadə bildirdi ki, şəhidlər əbədi dirilərdir və onlar hər zaman qəlbinmizdə, xatirəmizdə yaşayırlar. "Şəhidlərimiz bizi məğlub vətəndaş adından xilas ediblər. Mən "Şamaxı şəhidləri" kitabının redaktoru olmuşam və Şamaxı şəhidlərinin hər birinin tərcümeyi-halını dəfələrlə oxumuşam.  Biz çox bölgələrdə "44 gün – Tarixi zəfər" cildliklərinin təqdimatını keçirmişik, amma ilk dəfədir ki, təqdimatda icra başçısı özü iştirak edir"-deyə bildirən R.Tağızadə sözü  Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova verdi. T.Məmmədov  çıxışında təqdimatı keçirilən "44 gün – Tarixi zəfər"   kitabının I və II cildinin əhəmiyyətindən danışdı və belə nəşrlər ərsəyə gətirdikləri üçün Mədəniyyət Nazirliyinə, eləcə də Respublika Xatirə Kitabı redaksiyasının kollektivinə təşəkkürünü bildirdi. "Bizim hər birimiz üçün böyük önəm daşıyan əziz şəhidlərimizin xatirəsinə həsr olunan kitabların təqdimatının keçirilməsi tərəfimizdən minnətdarlıqla qarşılanır. Bəli,  şəhidlərimizin xatirəsi hər birimizin qəlbindədir. Azərbaycan xalqının bütün övladları bir nəfər kimi müzəffər Ali Baş Komandanın əmri ilə onun ətrafında birləşərək torpaqlarımızın azadlığı uğurunda mübarizəyə qatılıb. Hərə öz səngərində vuruşdu. Bu döyüşənlərin içərisində ön cəbhədə sinəsini düşmənə sipər edən, həyatından keçməkdən çəkinməyən şəhidlərimiz çox ali bir mərtəbəyə yüksəldilər. Bu böyük şanlı tarixin yaşanması üçün ordumuzun  hər bir əsgəri və hər bir zabiti əzmlə vuruşub. Bu döyüşənlər arasında yüksək zirvəyə yüksələn şəhidərimizə və onları böyüdən valideynlərə dünya durduqca minnətdarıq. Biz şəhidlərin ailəsinə, övladlarına, ata-anasına Alahdan səbr diləyirik, onlara hər zaman başınızı uca tutun deyirik. Şəhidlərimizin xatirəsini gələcək nəsillərə ötürmək üçün bu gün çox böyük, geniş imkanlar var"-deyə qeyd edən icra başçısı bildirdi ki, dövlət şəhidlərin xarirəsinin əbədirilməsi üçün böyük işlər görür, onlar haqda kitablar yazılır, filmlər çəkilir. "Bu gün də şəhidlərə həsr olunan kitabların təqdimatı keçirilir. Çox şadam ki, bütün tədbirlərdə olduğu kimi bu tədbirdə də şəhid ailələri bizimlədir. onların hər birinin bu məsələyə fərd olaraq həssas yanaşdıqlarını biz gözəl bilirik. Nə qədər ki həyat var, bu dərd-qəm bu ailələrlədir, bizim hər birimizlədir. Amma bu dərd-qəmin içərisində hər zaman çox böyük bir qürur var. Bu qürur bir araya gələndə daha da böyüyür"-deyə bildirən icra başçısı şəhid ailələrinin həmrəyliyini xüsusi vurğuladı. Başçı qeyd etdi ki, belə tədbirlərdə daha çox şəhidlərimizin igidliyindən, mərdliyindən, əzmlə döyüşdüyündən söhbətlər açılır, bu da yeni nəslin tərbiyəsinin formalaşmasında önəmli rol oynayır, onların döyüş yolu bir örnəkdir...

 "Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdiril­məsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsu­liyyət kimi hiss edir"

Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova da çıxışında "Əziz şəhid anaları, şəhid ailələri, hörmətli tədbir iştirakçıları!

Xalqımız tarixi anlar yaşayır. Cənab Ali Baş Komandanın və müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində illərdir şəhid qanı ilə suvarılan torpaqlarımız artıq azaddır. Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdiril­məsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsu­liyyət kimi hiss edir. 

2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistana ilk məğlubiyyətini yaşatdı. 5 gün çəkən döyüşdə bir sıra yüksəkliklər düşməndən azad edildi. 

Bu uğurlu əməliyyatlar ümumilikdə qələbimizə zəmin yaratdı. İndi artıq bütün ərazilərimizə Müzəffər Azərbaycan Ordusu nəzarət edir. Oktyabrın 15-də Ali Baş Komandan tarixi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Ağdərədə şanlı üçrəngli bayrağımızı ucaltdı. Bu möhtəşəm qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. 

Bu arada məlumat üçün diqqətinizə çatdırım ki, ilk vaxtlar Azərbaycan Sovet En­sik­lopediyası nəzdində bir şöbə kimi fə­aliy­yət göstərən Respublika Xatirə Kitabı Re­dak­siyası Nazirlər Ka­binetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil qu­ruma çevrilib, ölkəmizin ictimai-siyasi və mə­dəni həyatında çox nəcib və müqəddəs bir mis­si­ya yerinə yetirir. Heydər Əliyevin im­za­ladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olan­la­rın xatirəsinin əbədiləşdirilməsi haq­qın­da" Qanuna əsasən Res­publika Xa­­tirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edi­lib. Kitabın bütün sayları "Heydər Əliyev - Respublika Xatirə Kitabının ya­ra­dıcısıdır!" sözləri ilə açılır, kitabda dahi rəhbərin portreti canlanır. 

Xatirə Kitabının cildlərində İkinci Dünya mü­haribəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xo­calı soy­qı­rı­­mında, Qarabağ müharibəsi za­ma­nı torpaqlarımızın azad­lığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik ki­tab ölkəmizin insan resurs­larını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib. 

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götü­rül­müş və­təndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayon­lara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həm­çinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araş­dırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. 

Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı "Bakı-Xəbər" qəzeti ilə birgə la­yi­hə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından ki­tab­lar nəşr edir, ha­zırda layihə üzrə işlər davam etdirilir. 

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Vətən daşı... və ya 44 gü­nün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. 

Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı "44 gün – Tarixi zəfər" adlı çox­cild­li­yi hazırlanır. Məlumat üçün bildirim ki, çox­cild­li­yin birinci və ikinci cildləri çapdan çıxıb. Növbəti cildlər üzərində işlər aparılır. 

Ha­zır­da biz "44 gün – Tarixi zəfər" adlı çox­cild­li­yin birinci və ikinci cildinin  təq­­di­ma­tına toplaşmışıq. Bu cildlərdə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından da Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə ensiklopedik məlumatlar yer alıb. 

Araşdırmamıza əsasən, Vətən müharibəsində Şamaxı rayonu üzrə 130 nəfər iştirak edib, 43 nəfər şəhid olub, onlardan 15 nəfəri haqda birinci, 13 nəfər haqda ikinci cilddə məlumat yer alıb. 5 nəfər isə lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub.

Qobustan rayonu üzrə Vətən müharibəsində ümumilikdə 66 nəfər iştirak edib, onlardan 26 nəfəri şəhid olub, 7-si barədə birinci, 6-cı barədə ikinci cilddə məlumat verilib. 1 nəfər lokal xarakterli antiterror əməliyyatları, 1 nəfər isə təxribat zamanı şəhid olub. 

Eləcə də, Ağsu rayonu üzrə ümumilikdə 30 nəfər şəhid olub, onlardan 8-i barədə birinci, 10-u barədə ikinci cilddə, İsmayıllı rayonu üzrə isə ümumilikdə 27 nəfər şəhid olub, onlardan 5-i barədə birinci, 7-si barədə ikinci cilddə məlumat verilib.

Qeyd edim ki, şəhidlər barədə məlumat toplayarkən yerli icra hakimiyyətlərinin müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbələri ilə sıx əlaqə qurur, məlumatların doğruluğunu təsdiq etmək üçün onların yardımından istifadə edirik. Fürsətdən istifadə edib, bizə göstərdikləri kömək üçün onlara minnətdarlığımı bildirirəm. 

Bugünkü tədbirin baş tutmasında yaratdığı şəraitə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədova və digər aidiyyatı şəxslərə təşəkkür edirəm.      

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayırıq"-deyə bildirdi.

Şamaxı rayonundan olan şəhid Zöhrab Allahverdiyevin atası Allahverdiyev Sübhan çıxış edərək, oğlunun və bütün şəhidlərin xatirəsinə göstərilən ehtiramdan danışdı. "Mən özüm I Qarabağ müharibəsi veteranıyam. Biz o zaman nə dostlarımızın qisasını ala bildik, nə də torpaqlarımızı qaytara bildik. Amma bizim balalarımız həm dostlarımızın qisasını aldılar, həm də torpaqlarımızı işğaldan azad etdilər"-deyə bildirən şəhid atası oğlunun uca adı ilə fəxr etdiyini bildirdi.

İsmayıllı rayonunun Diyallı kəndindən olan şəhid Orxan Lətiflinin anası Nəzakət  Şəfaqətova da çıxış etdi: "44 günlük vətən müharibəsinin 36 günündə mənim oğlum da iştirak etdi. bizim gözümüz ağlasa da, qəlbimizdə qürur hissi var".

Sənətşünaslıq üzrə fəsləfə doktoru, tanınmış bədii qiraət ustası, aktrisa Zülfiyyə Eldarqızı şəhidlərin xatirəsinə  Nəzakət Məmmədovanın "Şəhid qızı" və Rəfail Tağızadənin "Şəhidim" şeirlərini söylədi.

Tədbirdə  iştirak edən  "Vətən daşı... və ya 44 günün das­tanı" adlı layihə çərçivəsində çəkilən sənədli filmlərin rejissoru və ssenari müəllifi Vüsal Nuru da çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Xatirə Kitabı redaksiyanın çəkdiyi filmlərdən  danışdı. "Unudulmayan adamlar ölmürlər. Azərbaycan xalqı qədər şəhidinin qədrini bilən, onların xatirəsini əziz tutan ikincı bir xalq yoxdur. Biz bu filmlərlə vətəndaşın necə vətən daşına çevirildiyini göstəririk"-deyə V.Nuru qeyd etdi.    

Sonda "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi. Layihənin müəllifi Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.

Çox yüksək səviyyədə təşkil edilən tədbir başa çatdıqdan Şamaxı Rayon İcra başçısı Tahir Məmmədov Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovun müşayiəti ilə redaksiyanın təşkil etdiyi stendlə tanış oldu. Sonra şəhid ailələri ilə səmimi söhbət edildi...

Hər şəhid vətənin bir parçasıdır, onların məkanı ana torpaqdır, adları isə qəlbimizdədir...Bizi uğurlayan şəhid analarının xeyir-duası ilə Şamaxı ilə vidalaşıb Bakıya yola düşürük...

İradə SARIYEVA
Şamaxı-Bakı






VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

28.05.2025 / 18:05
Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq"

28.05.2025 / 18:02
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

28.05.2025 / 18:00
"Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi" - Pakistanın Baş naziri

28.05.2025 / 17:47
Tramp Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 17:10
"Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" - Prezident

28.05.2025 / 17:06
Prezident Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

28.05.2025 / 17:04
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi" - Prezident

28.05.2025 / 16:50
Prezident: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır"

28.05.2025 / 16:47
"Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir" - Prezident İlham Əliyev

28.05.2025 / 16:36
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO/VİDEO

28.05.2025 / 16:07
“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

28.05.2025 / 15:46
Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır"

28.05.2025 / 15:39
ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

28.05.2025 / 15:26
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 15:23
"Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" - Ərdoğan

28.05.2025 / 15:16
LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı

28.05.2025 / 15:15
Ermənilərin Respublika günü separatcılara həsr olundu

28.05.2025 / 15:14
"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var" - Baş nazir

28.05.2025 / 15:05
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur"

28.05.2025 / 14:55
"Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" - Pakistanın Baş naziri

28.05.2025 / 14:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

28.05.2025 / 14:20
"Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

28.05.2025 / 14:15
Prezident: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

28.05.2025 / 14:12
"Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub" - Prezident İlham Əliyev

28.05.2025 / 14:07
Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 14:05
"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

28.05.2025 / 13:53
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!" - Türkiyə XİN

28.05.2025 / 13:36
Laçında Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

28.05.2025 / 12:51
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlandı

28.05.2025 / 12:31
Prezident İlham Əliyev və Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar - FOTO

28.05.2025 / 11:16
Prezident İlham Əliyev və Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 11:10
Ərdoğan Laçındadır

28.05.2025 / 11:07
Bu axşam Konfrans Liqasının finalı olacaq

28.05.2025 / 11:00
"Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib"

28.05.2025 / 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2025 / 08:44
Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.2025 / 19:36
Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

27.05.2025 / 19:34
Bayram Beqay Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:30
Litva Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:23
İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

27.05.2025 / 19:15
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi - FOTO

27.05.2025 / 19:09
Fransa və Ermənistan Strateji Tərəfdaşlıq sənədi imzalamağa hazırlaşır - hərbi sfera xüsusi diqqətdədir...

27.05.2025 / 18:56
Ermənistanda Fransanın xüsusi inkişaf fondu haqda protokol imzalandı - Fransa ABŞ-ı əvəzləmək istəyir...

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678