Məhkəmədən Trampa ŞOK: bütün ittihamlar üzrə təqsirli bildindi...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp əleyhinə məhkəmədən "sürpriz" qərar çıxıb. Belə ki, sabiq Ağ Ev sahibi ona qarşı irəli sürülmüş ittihamlarla bağlı təqsirli bilinib. Nyu-York Məhkəməsində hakim heyəti ABŞ tarixində ilk dəfə keçmiş prezident Donald Trampın cinayət işi üzrə təqsirli olmasına dair hökm çıxarıb. 12 nəfərdən ibarət heyət keçmiş prezidenti 34 halda sənəd saxtalaşdırmaqda təqsirli biliblər. Hər bir fakt üzrə 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıla bilər ki, bu da ümumilikdə 136 il edir.
Yekun cəza iyulun 11 keçiriləcək xüsusi iclasda hakim Xuan Merçan tərəfindən veriləcək. Tramp həbs olunsa belə, bu, onun prezident seçkilərində iştirakına mane olmayacaq. Donald Tramp 2016-cı il seçkiləri ərəfəsində ödədiyi rüşvəti seçicilərdən gizlətmək üçün maliyyə hesabatlarını saxtalaşdırmaqda ittiham olunur.
Mətləb Salahov