İtaliyada ən çox qazanan futbolçuların adları açıqlandı
Tuttomercatoweb.com portalı A Seriyasının ən yüksək maaş alan futbolçuların siyahısını dərc edib. Belə ki, İtaliya çempionatında ən yüksək maaş alan üç futbolçu var. Bunlar Romelu Lukaku ("Roma"), Duşan Vlahoviç və Adrien Rabyodur (hər ikisi "Yuventus"). Onlar vergilər çıxdıqdan sonra 7 milyon avro maaş alırlar.
Sonrakı yerləri Voyçex Şensnı (6,5 milyon avro) və 6 milyon avro qazanan Hakan Çalhanoğlu , Lautaro Martines, Markus Turam (hamısı "İnter") və Aleks Sandro ("Yuventus") tuturlar.
Mətləb