Şənbə günü, 12 iyul 2025
     

Ermənistanın "Sərdarabad döyüş tarixi" başdan-ayağa saxtakarlıqdır...

Image

Qasım Hacıyev: "Sərdarabad döyüşü ilə bağlı iddiaları bəlkə də ermənilərin indiyə qədər uydurduqları əfsanələrin kulminasiya nöqtəsidir"

Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən bəyan edir ki, Ermənistanı saxta tarixdən xilas etmək istəyir, o biri tərəfdən də saxtakarlığa göz yumur. Özlərindən qondarma tarix uyduran ermənilər indi də Sərdarabad döyüşündə, guya Osmanlıya "qalib gəldiklərini" təbliğ edirlər. 

Onu da deyək ki, vikipediya və digər platformalarda da Sərdarabad döyüşü barədə yalan-yanlış məqalələr yerləşdiriblər. Təəssüflər olsun ki, bu məqalənin də böyük hissəsini dilimizdə yayımlayıblar. Guya bunlar elə cəsur xalq olublar ki, hətta 1918-ci ildə Sərdərabad döyüşündə Osmanlıya "qalib" gəliblər.  

Hətta iddia edirlər ki, guya 1918-ci ilin mayında Sərdarabad döyüşü bunların "şanlı tarixi"nin əsas səhifələrindən birini təşkil edir. Yazırlar ki, erməni yazıçısı, siyasətçisi və diplomatı Avetis Aqaronyan Sərdarabad döyüşünü "XX əsrin Avarayrı" adlandırıb. Gör bunlar hansı iddialardadırlar. Məlum, Avarayr döyüşünün də onlara aidiyyəti yoxdur, bu döyüş albanlarla sasanilər-farslar arasında baş verib.  

Guya XX əsrdə bunların "türk ordusu üzərində" qazandıqları "qələbə" erməniləri ikinci "soyqırımdan" xilas edib, eyni zamanda, "təxminən 6 əsr əvvəl itirilmiş dövlətçiliyi bərpa etməyə" imkan verib. Hansı dövlətçilikdən danışdıqları məlum deyil. Ermənilərin XX əsrin 18-ci ilinə qədər Cənubi Qafqazda və başqa ərazilərdə dövləti olub ki, "dövlət-dövlət" deyirlər? 

İddia edirlər ki, guya 1918-ci ilin fevralında rus ordusunun Qafqaz cəbhəsindən çıxarılmasından  "istifadə edən" türklər (Oktyabr inqilabından sonra Rusiyanın Birinci Dünya müharibəsindən geri çəkilməsini nəzərdə tuturlar) "hücuma keçərək" bütün "Qərbi" və "Şərqi Ermənistan"ı, Gümrünü və sairi "işğal" ediblər (?), ermənilər də guya onlara qarşı vuruşublar. Bu azmış kimi, Qars, Sarıqamış, Ərzincan kimi şəhərlərin də onlara "aid olduğunu" və Osmanlının oranı tutduğunu yazırlar. O qədər ağ yalan yazırlar ki, adam bu toplumun yalan uydurmaq məharətinə təəccüb etməyə bilmir. Guya mayın 21-dən 28-ə qədər gedən döyüşlərdə  türk qoşunları "məğlub" olub, 3500-ə yaxın insan həyatını itirib. "Mayın 28-də isə Erməni Milli Şurası Birinci Ermənistan Respublikasının yaradıldığını elan edib".

Bunların yazdıqlarını sakit qarşılamaq mümkün deyil və gözümüz qarşısında böyük bir tarixin təhrif edilməsi baş verir. Əvvəla, nə İrəvanın, nə Sərdarabadın, nə də bütövlükdə Qərbi Azərbaycanın, Qarsın, Sarıqamışın ermənilərlə heç bir tarixi bağı yoxdur, ikincisi də, qorxaqlıqda və xəyanətdə ad çıxarmış terrorçu bir toplumun Osmanlı qoşunu ilə üzbəüz döyüşməsi uşağa belə inandırıcı görsənmir. 

"Erməni kim idi ki, Osmanlı ilə döyüşüb ona "qalib" də gəlirdi, dedikləri başdan-ayağa yalandır" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, ermənilər Osmanlıya xəyanət ediblər, bu tarixi faktdır. Q.Hacıyev qeyd etdi ki, Ermənistan adlı dövlətin də hansı şəraitdə, hansı xalqın torpaqları üzərində yaradıldığı bütün dünyaya məlumdur. "Sərdarabad döyüşü olub, amma məsələ ermənilərin uydurduğu şəkildə deyil. Ermənilər bizim ərazilərə köçürüldükdən sonra Çar Rusiyasının təbəəliyini qəbul etdilər. Çünki İngiltərə Osmanlı ilə münasibətləri pozmamaq üçün erməniləri qəbul etmədi, onlar da Rusiyanın ətəyindən yapışdılar. Ruslara arxalanıb, rus ordusunun içində osmanlılara qarşı döyüşlərdə iştirak ediblər, əsasən xəfiyyəliklə məşğul olublar. Amma onların xüsusi şücaət göstərməkləri, igidlik və qəhrəmanlıqları barədə deyilənlər hamısı əfsanədir. Məsələn, rus müəllifləri yazır ki, Çar Rusiyası və Osmanlı müharibəsində rus qoşunlarının tərkibində olan ermənilərin çoxu qorxub qaçırdı, bəzi dəstələr isə türklərə tərəf keçirdi. Rus müəlliflərinin qeyd etdiyinə görə, sonradan məlum olub ki, türklərə tərəf keçənlər Azərbaycan türkləri olub, qorxub qaçanlar isə ermənilər olub. Qorxub qaçdıqlarından danışsınlar. Belə faktlar var. Ermənilər müstəqil şəkildə Osmanlı ilə qətiyyən döyüşməyiblər. Erməni kim idi ki, Osmanlı ilə döyüşüb ona "qalib" də gəlirdi, dedikləri başdan-ayağa yalandır. Onların heç Osmanlının kiçik bir korpusuna cavab verən dəstələri yox idi. Rus ordusunun silahı ilə həmişə fəndgirlik edib arada-bərədə vurub qaçıblar. Yoxsa Sərdarabad döyüşündə bunların bir rolu olmayıb. Sərdarabad döyüşü ilə bağlı iddiaları bəlkə də ermənilərin indiyə qədər uydurduqları əfsanələrin kulminasiya nöqtəsidir. Belə yalan, belə gop olar? Erməni heç vaxt müstəqil olaraq böyük qüvvə olmayıb, kiməsə arxalanıb nə isə ediblər. Sultan Səlimin dövründən indiyə qədər tarixdə baş verənləri beynimdən keçirirəm, amma görürəm ki, onlar yalnız dəstələr düzəldib müxtəlif Osmanlı şəhərlərində, kəndlərində, vilayətlərində gizli terrorla məşğul olublar. Elə bir erməni qüvvəsi olmayıb ki, Osmanlıya qarşı vuruşsun". 

Q.Hacıyev qeyd etdi ki, İrəvanın ermənilərə verilməsi Azərbaycan Xalq Cumhuriyyəti dövründə baş verib və bir sıra böyük dövlətlərin köməkliyi ilə İrəvan bölgəsində erməni dövləti Azərbaycan torpaqları üzərində qurulub. "Ermənilər həmişə miflər uydururlar, boş söhbətlər edirlər. Bilirsiz ki, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verib. Bundan sonra onlar üçün Cənubi Qafqazda ilk dövlət yaranıb. Bunlar hamısı məlumdur. Amma bütün tarixi gerçəyi unudurlar və özlərindən  Sərdarabad döyüşü uydururlar. Ermənilər kim idi ki, Osmanlıya qalib də gələydilər, dedikləri hamısı yalan və cəfəngiyatdır. Onlar bizim torpaqlarımıza köçürüldükdən sonra arxalarında duran dövlətlər Azərbaycan torpaqları üzərində onlara dövlət qurdu və bunun nəticəsi də ağır oldu. Onlar 1918-ci ildə də, ondan əvvəl də azərbaycanlılara qarşı soyqırım cinayətləri törətdilər, əsl simalarını, məqsədlərini ortaya qoydular. 1918-ci ildə İrəvan onlara verildi, 1920-ci ildə Qərbi Zəngəzuru Ermənistan SSR-ə birləşdirdilər. Sonra da başqa məlum hadisələr baş verdi. İndi bunları yaddan çıxarıb Sərdarabad döyüşünü təhrif edirlər, guya onun nəticəsində dövlətlərini "bərpa" etdiklərini iddia edirlər. Bunlar hamısı sadəcə nağıldır. Görürsüz, tarixi də təhrif edib 29 mayı 28 mayla əvəz ediblər, halbuki, onlar üçün süni şəkildə Azərbaycan torpağında yaradılan dövlət 29 may tarixində elan edilib"-deyə Q.Hacıyev əlavə etdi. 

Q.Hacıyev bildirdi ki, özlərini yerli xalq kimi qələmə verməyi davam etdirmək məqsədilə ermənilər hələ çox yalanlar uyduracaq, çox miflər düzüb-qoşacaq, tarixi gerçəklik isə o yalanların üstündən qara bir xətt çəkəcək, necə ki, çəkir də.   

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910