Mustafa Abbasbəyli Məşğulluğun sədri vəzifəsindən azad edildi...
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, M. Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.
Xatırladaq ki, o, 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.
ZÜMRÜD