Bakıda 4 min manatlıq lotereya bileti oğurlandı
Bakının Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinın yaydığı məlumatda bildirilib ki, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.
Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
ZÜMRÜD