Paşinyan Azərbaycanla sülh danışığını ancaq Qərbdə aparmaq istəyir....
![Image](/uploads/posts/2023-11/_118584226_f37cbd57-e151-4403-945e-97ad9f3314c7.webp)
Ermənistan hələ də Rusiyanın Moskvada Azərbaycanla danışıqlar aparmaq dəvətinə birmənalı cavab verməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. Onun sözlərinə görə, İrəvan Vaşinqton və Brüsseldə danışıqlar aparmağa istəklidir, baxmayaraq ki, nə ABŞ, nə də Aİ bir sıra səbəblərə görə vicdanlı vasitəçi sayıla bilməz. Zaxarova qeyd edib ki, onların hərəkətləri rusiyalı diplomatın nöqteyi-nəzərindən Rusiya Federasiyasını Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq məqsədinə tabedir, regionda mövcud olan təhlükəsizlik mexanizmlərini məhv etmək istəyirlər.
"Və eyni zamanda, Moskvanın iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaları fürsətçi mülahizələrə uyğunlaşdırmaq üçün utanmadan oğurlayır və təhrif edirlər", - deyə Zaxarova bildirib.
Leyla SƏMƏNDƏR