Bəhreyn İsraillə əməkdaşlığı dayandırdı - səfirini də geri çağırdı...
Bəhreyn İsraildəki səfirini geri çağırmaq qərarına gəlib. Krallıq İsraillə bütün iqtisadi əlaqələri də dayandırır.
Bəhreyn parlamentində bu addımı «Fələstin xalqının qanuni hüquqlarına» dəstək olaraq atdıqlarını bildiriblər.
Bu qərardan sonra İsrail də Manamadakı səfirinin Bəhreyn ərazisini tərk etdiyini açıqlayıb.
Bundan əvvəl İsrailin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar Boliviya, ardınca Kolumbiya və Çili də İsraildəki səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıblar.
TAHİR