Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxara bilər - Putinə məruzə edildi...
"Taliban" Rusiyada qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər. Qeyd edilir ki, artıq bununla bağlı Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri prezident Putinə məruzə ediblər.
Xarici İşlər Nazirliyi rəsmilərindən biri “Kommersant”a bildirib ki, Əfqan administrasiyasını tanımaq üçün “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq lazımdır. Rəsmi Putinə məsələ ilə bağlı məlumat verildiyini və qərarın veriləcəyini gözlədiklərini bildirib.
Sankt-Peterburqda yerləşən “Fontanka” portalı yazır ki, “Taliban” şəhərdə keçiriləcək Beynəlxalq İqtisadi Foruma dəvət alıb.
Taliban hazırda Rusiyada ekstremist və qadağan olunmuş təşkilatlar siyahısındadır.
TAHİR