Kaledoniya lideri Makronla görüşdən sonra da geri addım atmadı - sona qədər gedəcəyik...
Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan Kanak liderlərindən biri olan Kristian Tein tərəfdarlarını Fransa hökumətinin 17 min kilometr uzaqlıqdan Kanak xalqına qəbul etdirməyə çalışdığı konstitusiya islahatına qarşı "müqavimət göstərməyə davam etməyə" çağırıb.
Yeni Kaledoniyada müstəqillik tərəfdarı Yerli Fəaliyyət Koordinasiya Təşkilatına (CCAT) rəhbərlik edən Teinin tərəfdarlarına müraciəti Facebook-dan yayımlanıb.
Adadakı küçələrdə Kanak xalqına qarşı ciddi təzyiqlərin olduğunu deyən Tein, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) rəhbərliyinin Fransa prezidenti Makronla mayın 23-də kaledoniyada 2 saatdan çox davam edən görüş keçirdiklərini bildirib.
Görüş zamanı konstitusiya islahatlarına və Yeni Kaledoniyanın yenidən müstəmləkələşdirilməsinə qarşı olduqlarını söylədiklərini bildirən Tein, adada seçici sayının artırılması məsələsinin yenidən müzakirə edilməsinin vacibliyinə diqqət çəkib. Makronun istəklərini bildirmək üçün adaya gəldiyini deyən Tein, tərəfdarlarını konstitusiya islahatına qarşı “müqaviməti davam etməyə” çağırıb.
"Səfərbər olmağa və hər cür müqaviməti davam etdirməyə davam edirik" deyən Tein kanaklardan öz həyatları üçün diqqətli olmalarını istəyib.
"Acımız çoxdur, burada çoxlu məsələlər var. Məqsədlərimizə çatmaq üçün sona qədər getmək lazımdır, amma koordinasiyalı, strukturlaşdırılmış və mütəşəkkil şəkildə. Bizim əsas məqsədimiz ölkəmizin tam suverenliyinə nail olmaqdır" - Tein deyib.
Tein, CCAT-ın heç vaxt insanları öldürmək niyyətində olmadığını vurğulayıb və Fransa dövlətini təşkilat rəhbərlərini ev dustaqlığından azad etməyə çağırıb.
Tahir TAĞIYEV