İnquşetiya lideri Kalimatovun qardaşı Moskvada həbs edildi...
Rusiyaya bağlı İnquşetiya Respublikasının lideri Mahmud-Əli Kalimatovun böyük qardaşı Maqomed-Bəşir Kalimatov Moskvada saxlanılıb.
Rusiya mediası İnquşetiyanın federal poçt xidmətinin keçmiş direktoru Maqomed-Bəşir Kalimatovun korrupsiyada ittiham olunduğunu bildirir.
“Kommersant” yazır ki, 2 milyard rubla yaxın pul mənimsəməkdə ittiham olunan Kalimatovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tahir TAĞIYEV