Cümə axşamı günü, 24 iyul 2025
     

Xaricdə "pozucu təlim" almış şəxslərlə yeni mübarizə Azərbaycanı da əhatə edəcək...

Image

Elşad Həsənov: "Hazırkı çətin dövrdə hər bir dövlətin öz təhlükəsizliyini qoruması çox vacib məsələlərdən biridir"

Mayın 24-də Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb. Bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Qeyd olunub ki, Qırğızıstan prezidenti Sadır Japarov iclas iştirakçıları ilə görüşüb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.

"Tədbir iştirakçıları terrorizm və dini ekstremizmlə mübarizə sahəsində, o cümlədən terrorizmlə mübarizə üzrə beynəlxalq məlumat bankı çərçivəsində məlumat mübadiləsinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirəcək. Birliyin Antiterror Mərkəzi tərəfindən MDB-nin terrorizmlə və ekstremizmin digər təzahürləri ilə mübarizə üzrə 2023-2025-ci illər üçün əməkdaşlıq proqramının 2023-cü ildə icrasının yekunlarına dair hesabat Şura üzvlərinə təqdim olunacaq", - Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

MDB ölkələrində xaricdə zorla hakimiyyəti dəyişmək təlimi keçmiş şəxslərlə mübarizənin yeni mərhələsi başlayır və bu mübarizə Azərbaycanı da əhatə edir. 

"Azərbaycana qarşı pozucu qüvvələrin planlarının həyata keçməsi mümkün deyil"

Təhlükəsizlik üzrə ekspert Elşad Həsənov baki-xeber.com-a "Hazırkı çətin dövrdə hər bir dövlətin öz təhlükəsizliyini qoruması çox vacib məsələlərdən biridir. Çünki xarici təhdidlər çoxdur. Mən Azərbaycanla bağlı bunları demək istəyirəm ki, xarici dövlətlərin Azərbaycanla bağlı maraqları çox böyükdür. Ona görə də son illərdə bizim təhlükəsizlik orqanlarının apardığı çox böyük işləri alqışlayıram. Mayın 24-də Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib. Bildirim ki, Moskvada MDB üzrə  antiterror mərkəzi yaradılıb, biz də həmin o mərkəzin üzvüyük və bizim də orada nümayəndəmiz var. Yəni kəşfiyyat və əks-kəşfiyyat məlumatları əldə olunan zaman bizə aid olan məsələləri biz qəbul edirik və ona qarşı tədbirlər görürük. Eyni zamanda bizim əlimizə də, tutalım, Rusiya, Orta Asiya ölkələri və başqa dövlətlərlə bağlı çox məxfi məlumatlar keçir, həmin məlumatı da biz gizli, şifrələnmiş xətlərlə üzv ölkələrə ötürürük. Yəni bu qəbul olunmuş qaydadır. Orada  Bortnikovun çıxışında bildirilir ki, Krokus Sitidə törədilən terror aktı "Xorasan camaatı"nın işidir, ancaq burda Ukrayna xüsusi xidmət orqanlarının da rolu olub. Yadımıza salaq, bizim vətəndaşlarımız arasında da xeyli sayda insan müxtəlif yollarla, xüsusilə dini ekstremizm xətti ilə ölkədən kənara  çıxarılır, əsasən İran ərazisinə aparılır, ordan da Suriyaya "islam dini yolunda" cihada aparırlar. Onların beyinlərini o qədər yuyurlar ki, bu insanlar bu yolda özlərini qurban verməyə də hazır olurlar. Yəni Azərbaycandan da onlarla, yüzlərlə adam xaricə çıxarılıb və onlar orda döyüş hazırlığı keçirlər, onları da sonra gizli yollarla Azərbaycana qaytarırlar ki, gələcəkdə ölkəmizdə dini xurafat yaysınlar, "islam ölkəsi" yaratsınlar. Yəni o ölkələrin özlərinin maraqlarına uyğun işlər görsünlər, ölkə daxilində çaxnaşmalar salsınlar, partlayışlar, terror-təxribat hadisələri törətsinlər.  

Məhz bayaq dediyim kimi, təhlükəsizlik orqanlarının sayıqlığı nəticəsində ölkəmizdə bu işlərin qarşısı çox operativ və lazımi qaydada alınır, bu haqda da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən vaxtaşırı olaraq geniş ictimaiyyətə   məlumatlar verilir. Onlar dəstə-dəstə tutulublar, süçlarını etiraf ediblər, bunlar da televiziayada göstərilib. Təhlükəsizlik orqanları bunların qarşısını vaxtında almasa onlar ölkə daxilində müxtəlif təxribatlar, terror hadisələri törədə bilərlər"-deyə bildirdi.

E.Həsənovun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror da elə bunun bir nəticəsidir, tərkib hissəsidir. "Çünki həmin pozucu qüvvələrin, xaricdə təlim keçmiş şəxslərin Azərbaycan daxilində də əlaqələri var və onlardan istifadə edirlər. Yenə də deyirəm, həm beyinlərin yuyulması vasitəsilə, həm də pul müqabilində onlardan istifadə etməyə çalışırlar. Bu doğrudan da Azərbaycanda da var. Azərbaycan da bunun qarşısını alır"-deyə bildirən E.Həsənovun bildirdiyinə görə, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini operativ şəkildə və layiqincə həyata keçirir, eyni zamanda bütövlükdə xalqımız özü də bunun necə təhlükəli olduğunu dərk etməli, başa düşməlidir ki, onun gələcəyi necə olmalıdır. "Dünya, demək olar ki, qarışıb, hər yerdə müharibə, təxribatlar, yanğınlar, partlayışlar törədilir. Siz Cənubi Qafqaz ölkələrinə baxın, İrəvanda iğtişaşlar, mitinqlər gedir, Gürcüstanda neçə vaxtdır mitinqlər, narazılıqlar, iğtişaşlar baş verir. Cənubi Qafqazda bir dənə sabit ölkə varsa o da Azərbaycandır və bu da bizi çox sevindirir. Azərbaycan dövlətinin rəhbərliyinin apardığı düzgün siyasətin və hüquq-mühafizə orqanlarının, xüsusilə də təhlükəsizlik  orqanlarının gecə-gündüz apardıqları məqsədyönlü işin nəticəsində bu sabitlik yaranıb. Bu sabitliyi də xalq olaraq hər birimiz qorumalıyıq, sabitliyin təmin olunması üçün, lazım gələrsə, bildiyimiz hər hansı bir məlumatı aidiyyəti dövlət orqanlarına çatdırmalıyıq ki, bu hadisələr baş verməsin. Yəni bu mənada xalqımız həmişə ayıq-sayıqdır. Ona görə də hesab edirəm ki, Azərbaycana qarşı planlaşdırılan həmin aksiyalar heç bir nəticə verməyəcək. Çünki bizim güclü dövlətimiz, güclü liderimiz var və güclü təhlükəsizlik orqanlarımız   hüquq-mühafizə orqanları ilə əlbir olaraq iş aparırlar, belə şeylərin də qarşısı alınır. Ona görə də Azərbaycana qarşı pozucu qüvvələrin planlarının həyata keçməsi mümkün deyil"-deyə E.Həsənov bildirdi. 

İradə SARIYEVA      

 




VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910