NATO-nun Baş katibi "vahid Avropa ordusu" ideyasına qarşı çıxdı
NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bəyan edib ki, o Avropanın vahid ordusunun yaradılmasına qarşıdır. Alyans başçısı Avropanın müdafiə xərclərini artırmaq səylərini alqışlasa da, Avropa İttifaqının Şimali Atlantika Alyansını əvəz edə bilməcəyini vurğulayıb.
“NATO əsas struktur olmalıdır, lakin biz Aİ-nin səylərini alqışlayırıq, o vaxta qədər ki, onlar NATO ilə rəqabət aparmır və ya onu təkrarlamır”, – Baş katib bildirib.
Mətləb