Məişət zorakılığı və erkən nikahlarının fəsadları
Masallı Dövlət Regional Kollecində təşkil edilən Məişət zorakılığı, erkən nikahlar" mövzusunda keçirilən tədbir iştirakçılarda böyük maraq doğurdu.
Təşkilatçıları rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci və "Polisə-dəstək" İctimai Birliyi olan tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Çıxış edən kollecin direktor müavini Dilarə Hüseynova, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi -psixoloqu Aybəniz Novruzova, "Polisə-dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev intihar və intihara cəhd hadisələrinin müəyyənləşdirilməsi, minimuma endirilməsi, qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi, məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, bu hallardan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığının səbəblərini aradan qaldırılması istiqamətində maarifləndirici söhbətlər, erkən yaşda ailə quran gənclərin fizioloji, psixoloji cəhətdən yaşadıqları problemlərdən, bu cür erkən nikahların sonradan onların həyatında bir sıra böyük fəsadlara səbəb olması barədə geniş şəkildə danışdılar.
İştirakçıları düşündürən suallara ətraflı cavab verməklə tədbir başa çatdı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü