Cümə axşamı günü, 17 iyul 2025
     

Özünü çar Pap elan edən Paşinyan keşişlərə yeni cəbhə açdı

Image

Azərbaycanla sərhədin müəyyən edilməsi istiqamətində Ermənistanda atılan addımlar yenə bu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqdadır. Müxaliflərin və kilsənin buna əngəl olmaq cəhdləri isə, belə görünür ki, iflasa uğramaqdadır. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsi ilə bağlı səsləndirdiyi fikirlər hakimiyyətin məsələdə qətiyyətli olduğunu göstərir.

Paşinyan deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de-yure sərhədlərdən gedir və heç bir yeni xəritə tərtib olunmur: "1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de-yure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi, bu işin əsasında heç bir xəritə yaradılmayıb". Paşinyan parlamentdəkilərə SSRİ baş qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib: "Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de-yure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq". Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir. Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, tarixi Ermənistan ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər. O, çıxışında müxalifətə işarə edərək "bəzilərinin gözləntilərindən" bəhs edib və deyib ki, belə mövqe birbaşa qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır: "Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözlərilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur". Paşinyan sözünə davam edərək deyib: "Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və biz səhərdən axşamadək kiməsə ağız açıb "təhlükəsizliyimizi qoruyun" deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq".

 Paşinyan erməni kilsəsinin tənqidindən də yan keçməyib. O deyib ki, kilsə onun təklif etdiyi təhlükəsizlik sisteminə qarşı çıxmaqla Ermənistanı qanuni hədəfə çevirir. Paşinyan yarızarafat deyib ki, Ermənistan suverenliyini itirəndən sonra onun yerində 10 vilayət əvəzinə 10 kilsə  yeparxiyası olacaq: "Erməni xalqının tarixdə belə bir təcrübəsi olub. Erməni ruhanilər orta əsrlərdə Bizans imperiyasına səfər edib orda erməni katolikosları kimi titul alırdılar, Ermənistana qayıdandan sonra isə nüfuz agentinə çevrilirdilər. Görünür, onlarda bu xasiyyət hələ dəyişməyib. Amma biz bu məsələni iki-üç aya həll edəcəyik". Baş nazir daha sonra tarixə ekskurs edərək deyib ki, erməni çarı Pap bu məsələni kökündən həll etmək istəyirdi, amma bu proses onun qətli ilə yarımçıq qaldı: "Çar Pap bir daha heç vaxt öldürülməyəcək. Ruhanilər əyinlərinə hansı əbaları geyinsələr də, yaxalarından neçə kiloluq xaç assalar da, çar Pap bir daha öldürülməyəcək. Ermənistan dövləti öldürülməyəcək. Ermənistanın baş naziri kimi mən kral Papın öldürülməyəcəyinə zəmanət verirəm". Paşinyan çar Pap mövzusuna bundan əvvəl də bir neçə dəfə müraciət edib. Ermənistan tarixində "Böyük Ermənistanın çarı" kimi təqdim olunan Papın (353-374-cü illər) İran şahı II Şapurun və Bizans imperatoru II Valentinin hökmranlığı zamanı padşahlıq etdiyi deyilir. Pap Ermənistanın istər İrandan, istərsə də Bizansdan asılılığına son qoymaq istəyib. Tarixdə yazılanlara görə, Pap həm də kilsənin ağalığı ilə mübarizə aparırdı. Bundan əvvəl şahlar və kilsə arasında ziddiyyətlər olsa da, monarxlar heç vaxt kilsənin əmlakına əl qoymayıblar. Deyilənlərə görə, bunu ilk dəfə Pap edib. O, hakimiyyəti dövründə kilsəyə aid torpaqların böyük bir hissəsini müsadirə edib. Yenə də tarixi mənbələrdə yazılanlara görə, Pap iki imperiya arasında müstəqillik siyasətini sonadək davam etdirə bilməyib və imperatorun əmri ilə Roma sərkərdəsi Trayan tərəfindən qətlə yetirilib. İndi Paşinyan onun kilsə ilə bağlı siyasətini davam etdirmək istəyir. Ermənistan parlamentinin spikeri və Nikol Paşinyanın ən yaxın siyasi müttəfiqlərindən biri olan Alen Simonyan da erməni kilsəsini siyasətə qarışmaqda ittiham edib. Kilsəni son günlərdə keçirilən antihökumət aksiyalarını qızışdırmaqda günahlandıran spiker iddia edib ki, kilsə vergi ödəmir: "Kilsə siyasətə qarışmamalıdır. Siyasət ticarətdir. Sən seçki siyahısını tərtib edəndə ticarət edirsən. Erməni kilsəsi öz işi ilə məşğul olmaqdansa, belə ticarətlə məşğuldur". Erməni kilsəsinin əsas iqamətgahı olan Eçmiədzin və hakimiyyətə qarşı etiraz aksiyalarına başçılıq edən Tavuş arxiyepiskopu Baqrat Qalstanyan Simonyanı "yalan danışmaqda" ittiham edib. Qalstanyan bildirib ki, kilsə nəinki vergi ödəyir, hətta sovet dövründə itirdiyi mülkiyyətə görə hökumətdən heç bir kompensasiya almayıb. Onu da xatırladaq ki, Erməni kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün İrəvana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan edib. Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər. Qalstanyan erməni kilsəsinin rəhbəri  katolikos II Qareginlə iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini etiraf edib. Qaregin və erməni kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi. Bu fonda Baqrat Qalstanyan etiraz aksiyalarını daha da genişləndirmək məqsədilə Qarabağın keçmiş separatçı liderləri və Qarabağ erməniləri ilə görüş keçirib. "Qarabağ parlamentinin spikeri" kimi təqdim olunan Qagik Bağunts deyib ki, onların məqsədi kimisə hakimiyyətdən salmaq deyil. Buna baxmayaraq, keçmiş separatçı liderlərdən bəziləri Paşinyan hakimiyyətinin istefasını tələb edən hərəkata dəstək bildirirlər. Bu isə Paşinyanı daha da qəzəbləndirir.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910