Çərşənbə günü, 9 iyul 2025
     

Yaxın Şərqdə yeni tarix yazılır - Qərb Fələstin siyasətini dəyişir

Image

Azərbaycanın da xüsusi diqqət mərkəzində olan Yaxın Şərqdə olduqca maraqlı proseslər cərəyan etməyə başlayıb. Söhbət Fələstin və tərəfdarlarının diplomatik cəbhədə mühüm qələbə qazanmasından gedir. Belə ki, Avropa İttifaqının  iki ölkəsi -İrlandiya və İspaniya və quruma aidiyyəti olmayan daha bir ölkə - Norveç Fələstin dövlətinin müstəqilliyini tanıdığını elan edib. İsrail bundan qəzəblənir, müsəlman dünyası təmkinlə sevinir. 

Fələstinin ABŞ-la müttəfiq olan ölkələrdə tanınması o deməkdir ki, Qərb İsrailin təhlükəli elan etdiyi Yaxın Şərq münaqişəsinin həlli strategiyasını dəstəkləyib. Bu halda Qəzza zolağında müharibənin İsrail şərtləri ilə bitməməsi ehtimalı artır. İsrail məsləhətləşmələr üçün İrlandiya, İspaniya və Norveçdəki səfirlərini geri çağırıb. Bu fonda İsrailin xarici işlər naziri İsrael Katz bu ölkələrin hakimiyyət orqanlarının qərarını HƏMAS-ın 2023-cü il oktyabrın 7-də törətdiyi hadisələrin qurbanlarının xatirəsinə edilən ədalətsizlik adlandırıb. O hesab edir ki,    baş verənlər HƏMAS-a və iranlı cihadçılara dəstək, eləcə də israilli girovların azad edilməsi səylərini sarsıtmaqdır. Amma maraqlıdır ki. İsrailin yanaşmasına baxmayaraq, Sloveniya və Belçika da artıq Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər. Fələstin hakimiyyəti üçün bu, əlbəttə ki, diplomatik bir irəliləyişdir. Onlar Fələstin iqtisadiyyatının əsas donorlarından biri olan Qərb tərəfindən tanınmağa nail olmaq məqsədilə onilliklər ərzində uğursuz cəhdlər göstərirlər. 2011-ci ilə qədər Avropa İttifaqında yalnız keçmiş sovet blokuna daxil olan dövlətlər (Rumıniya, Polşa, Slovakiya, Macarıstan və Çexiya), eləcə də Malta Fələstinlə diplomatik əlaqələrə malik idi. Onların hamısı Fələstini Avropa İttifaqına daxil olmazdan əvvəl tanıyıb. Bunlar arasında ilk növbədə Maltanın yanaşması başadüşülən hal hesab edilirdi. Maltalılar ərəb ləhcəsində danışırlar, xristiandırlar, özlərini Avropa sivilizasiyası ilə əlaqələndirirlər, Yaxın Şərq münaqişəsində isə həmişə fələstinliləri dəstəkləyiblər. 2011-ci ildə Avropa İttifaqından Kipr Fələstinlə diplomatik əlaqələr quran ilk ölkə oldu. Ancaq bu, ölkənin ovaxtkı prezidenti Dimitrias Xristofiasın şəxsiyyətinə görə, demək olar ki, maraqlı bir istisna kimi görünürdü. Moskva universitetinin məzunu, İşçi Xalqların Tərəqqi Partiyasının nümayəndəsi, antiamerikan Dimitrias Xristofias antiamerikan, antiimperialist hesab etdiyi istənilən təşəbbüsü dəstəkləməyə çalışırdı. Növbəti prezident, sağ mərkəzçi, ABŞ və NATO ilə yaxınlaşmanın tərəfdarı Nikos Anastasiades Fələstinin tanınması qərarını geri götürmək istədi, lakin o, əsasən Xristofiyasın partiya üzvlərinin müqavimətinə görə heç vaxt bunu etmədi. Belə görünürdü ki, fələstinlilər 2014-cü ildə Qərbin rəğbətini qazana biliblər. Həmin vaxt İsveç Fələstin  dövlətini tanıdı və bunu edən ilk Qərbi Avropa ölkəsi oldu. Lakin Aİ ölkələrindən heç kim ondan nümunə götürmədi. İsveçin özündə isə həmin vaxt hökumətin qərarı birmənalı qarşılanmayıb. Yalnız İsrailin Qəzza zolağında hərbi əməliyyatının başlaması ilə Aİ və ümumilikdə Avropada ictimai rəy fələstinlilərə tərəf meyl etdi. Norveçin baş naziri Yonas Qahr Stören bu fonda bildirir: "On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında biz həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: sülh və təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlət". Norveçin xarici işlər naziri Espen Bart Eide isə ölkəsinin ərəb-yəhudi münaqişəsində heç kimin tərəfində olmadığını vurğulamağı zəruri hesab edib. O, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın baş nazir Benyamin Netanyahunu, İsrailin müdafiə naziri Yoav Qalantı və HƏMAS-ın üç liderini - İsmayıl Haniyə, Yəhya Sinvar və Məhəmməd Deyfin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs edilməsi tələbini şərh edib. Espen Bart Eidenin sözlərinə görə, əgər Beynəlxalq Cinayət Məhkəməsi müvafiq order verərsə, Norveç hüquq-mühafizə orqanları, əlbəttə ki, bu beş nəfərdən hər hansı birinin əlində olarsa, bunu mütləq həyata keçirəcək.

İspaniyanın baş naziri Pedro Sançes və İrlandiyanın baş naziri Simon Harris də bildiriblər ki, Fələstinin tanınması İsrail-Fələstin münaqişəsində neytrallıqdan imtinaya işarə etmir. Yerli media üç ölkənin qərarının mayın 28-də qüvvəyə minəcəyinə diqqət çəkir. Məhz   1964-cü ilin bu günü Fələstin Azadlıq Təşkilatı yaradıldı və onun proqram sənədi olan Fələstin Xartiyası qəbul edildi. Orada deyilir ki, İsrailin yaradılması fələstinlilər tərəfindən "tanınmır və heç vaxt tanınmayacaq". 1998-ci ildə Fələstin parlamenti bu bəndi ləğv etdi. Amma bu, nizamnamə mətnindən çıxarılmayıb. Ona görə də İsrail üçün 28 may qıcıqlandırıcı bir tarixdir. Heç kimə sirr deyil ki, ABŞ və Aİ liderləri Fələstinin, o cümlədən İsrail tərəfindən tanınmasını Yaxın Şərqdə müharibəyə son qoymaq üçün zəruri şərt hesab edirlər. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Yelena Suponina bu xüsusda  qeyd edib ki, amerikalılar əslində Netanyahuya seçim imkanı verib: ya onların şərtləri ilə razılaşır, ya da postunu tərk edir. Bu isə o deməkdir ki, ABŞ-la siyasi baxımdan yaxından əlaqəsi olan üç ölkənin qərarını İsrailin baş nazirinə təzyiq vasitəsi kimi qiymətləndirmək olar. Aİ-nin digər üzvləri İrlandiya və İspaniyadan nümunə götürsələr, bu presedent daha da güclənəcək. Düzdür, Avropa İttifaqında bütün ölkələr Fələstini mütləq dəstəkləməyəcək. İsrail, xüsusilə  Macarıstan və Almaniyaya ümid bəsləyir. Onların liderləri və xalqı açıq şəkildə yəhudi dövlətinə üstünlük verir. ABŞ-ın özündə də İsrailyönlü əhval-ruhiyyə hələ də xüsusilə seçki ilində nəzərə alınacaq qədər güclüdür. Təəccüblü deyil ki, Ağ Ev üç ölkənin qərarını birtərəfli olaraq pisləyib. 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910