Bazar ertəsi günü, 08 dekabr 2025
     

Azərbaycanda elmin yeni maliyyələşmə modeli özünü necə doğrulda bilər...

Image

İlqar Orucov: "Elmin maliyyələşməsində yeni modelin tətbiqi olduqca vacibdir" 

"Azərbaycanda elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsi və bununla bağlı əmək haqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi təklif olunur". Bu təkliflə Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.

Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq bu sahədə də genişmiqyaslı islahatlar həyata keçiriləcək."Bu barədə də müvafiq qurumlar aidiyyəti məlumatları deputatların və ictimaiyyətin diqqətinə çatdıracaq"- deyə qeyd edib.

Azərbaycanda elmin yeni maliyyələşmə modeli özünü necə doğrulda bilər?

"Elmi-təqdiqat institutlarında formal və şişirdilmiş ştatlar var ki, elmə ayrılan vəsaitlərin böyük bir hissəsi bu əməkhaqlarına gedir, halbuki, bu belə olmamalıdır" 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə "Hesab edirəm ki, elmin maliyələşməsində əvvəlki yanaşma tamamilə yanlışdır. Dövlətin elmdən kifayət qədər gözləntiləri var. Elmin idarəolunması ilə bağlı artıq yeni yanaşma ortadadır. Elmin idarəolunması Elm və Təhsil Nazirliyinin birbaşa vəzifə səlahiyyətlərinə daxildir. Bu baxımdan, elmin yeni maliyyələşmə modeli ilə bağlı məsələnin meydana çıxacağı gözlənilən idi. 

Biz dəfələrlə sizinlə məhz elmin maliyələşdirilməsi məsələsinə toxunmuşuq. Elmin əvvəlki qaydada maliyyələşməsi, maliyyə effektivliyinin təmin olunması və görüntü xarakterli yanaşmaların artıq aradan qaldırılması olduqca zəruridir. Fikrimcə, Elm və Təhsil Nazirliyi bu istiqamətdə yaxşı nümunələr ortaya qoyacaq. Əlbəttə, elmi-tədqiqat müəssisələri artıq xeyli müddətdir ki, Elm və Təhsil Nazirliyinin balansına verilib. Təbii ki, burada söhbət fundamental və tətbiqi elmlər elmi-tədqiqat institutlarından gedir. Onlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Amma hələ ki, biz bu istiqamətdə ciddi addımlar atıldığını görməmişdik. Mənim bu barədə Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə də söhbətim olub. Cənab nazirin də bu məsələlərə yanaşması xeyli proqressivdir. Eyni zamanda müasir yanaşmalar mövcuddur. Əlbəttə, bu istiqamətdə yenilikləri gözləyirəm. Hesab edirəm ki, elmin maliyələşməsinə dövlətin qayğısı artırılmalıdır, amma elmin maliyələşməsində effektivliyin təmin olunması da olduqca vacibdir. Hər zaman deyirik ki, elmi-tədqiqat müəssisələrində çox formallıq var. Söhbət alimlərə yanaşmadan gedirsə burada diferensial yanaşma mütləq şəkildə olmalıdır. Elmi işlərə istinadlar olduqca vacibdir, amma məsələ bundadır ki, o zəruri şərtdir, kafi şərt deyil. Təbii ki, kafi şərtin ortaya qoyulması, eyni zamanda zəruri tədbirlərin bir araya gəlməsi, fikrimcə, bu istiqamətdə ciddi dəyişikliklərə gətirib çıxarmalıdır"-deyə qeyd etdi. 

Elmi potensialın yenilənməsinə kifayət qədər ehtiyac olduğunu deyən İ.Orucovun sözlərinə görə, biz mütləq şəkildə görüntü xarakterli işlərdən birdəfəlik azad olmalıyıq. Prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsinin olduqca vacib olduğunu qeyd edən İ.Orucov bildirdi ki, bu zaman-zaman vurğulanır. "Bizim elmi-tədqiqat müəssisələrində hələ də xeyli  köhnəlmiş mövzular üzrə işlər gedir.  Təbii ki, köhnəlmiş və eyni zamanda artıq heç bir əhəmiyyət kəsb etməyən, digər tərəfdən, istehsalatla əlaqəsi olmayan, ölkəmiz üçün strateji əhəmiyyət kəsb etməyən istiqamətlərdəki tədqiqatlar görüntü xarakterli işlərdir. Biz son illərdə müdafiə olunan dissertasiya işlərinə baxıb görürük ki, böyük əksəriyyətin mövzusu köhnədir, ümumiyyətlə işin tətbiqi əhəmiyyəti göstərilir, amma bunlar formalı xarakter daşıyır. Bu işin gələcəkdə tətbiqi mahiyyəti olmayacaqsa, onların görülməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, elmi müəssisələr iqtisadiyyatla əlaqəsini təmin edəcək o mexanizm mütləq şəkildə formalaşdırılmalıdır. Bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu çox vacib bir forum keçirdi və o forumda elə bu məsələlər qoyuldu. Yəni bizneslə, iqtisadiyyatla elmi-tədqiqatların əlaqələndirilməsi, onlar arasında münasibətlərin qurulması, innovasiyaların tətbiqi və sairdən danışıldı. Biz Azərbaycanda o innovasiyaların tətbiqində nə qədər geri qalırıq, bunu hər birimiz bilirik. İnnovasiya sahəsində mexanizm əslində yoxdur. Digər tərəfdən, xüsusilə qeyd etmək istəyirəm, elmi-təqdiqat institutlarında formal və şişirdilmiş ştatlar var ki, elmə ayrılan vəsaitlərin böyük bir hissəsi bu əməkhaqlarına gedir, halbuki, bu belə olmamalıdır. Orada sağlam mühit olmalıdır, məhsuldar  alimlə məhsuldar olmayan alim arasında fərq mütləq şəkildə hiss olunmalıdır. Əməkhaqına yanaşmada da belə olmalıdır. Bütövülkdə, bu istiqamətdə ciddi işlərə ehtiyac var. Hesab edirəm ki, elmin maliyələşməsində yeni modelin tətbiqi olduqca vacibdir"-deyə vurğulayan İ.Orucovun fikrincə, Elm və Təhsil Nazirliyinin, bütövlükdə nazir səviyyəsində məsələyə kifayət qədər yeni baxış mövcuddur. "Əminəm ki, parlamentdə büdcə müzakirələri gedərkən bu məsələlərə aydınlıq gətiriləcək. Əlbəttə, Elm və Təhsil Nazirliyindən bu istiqamətdə ciddi işlər gözləyirəm. Hesab edirəm ki, zəruri yenilik nəticəsində biz mövcud görüntü işlərdən xilas ola biləcəyik. Bunlar olmazsa, tutaq ki, biz elmə lap ümumidaxili məhsulun 5 faizini ayırsaq belə qısa müddət ərzində əhəmiyyətli  keyfiyyət dəyişikliklərini görə bilməyəcəyik. Amma sözsüz ki, məqsədimiz bəlli olmalıdır, hədəflərimiz kifayət qədər aydın olmalıdır. Biz nə istəyirik, hara gedirik, nə üçün gedirik? Ölkənin ali siyasi rəhbərliyinin, Prezidentin elmdən nə qədər gözləntiləri var".

İ.Orucov əlavə etdi ki, elm sahəsində mütləq şəkildə keyfiyyət dəyişikliyinə nail olunmalıdır, bu isə neqativlərin aradan qaldırılması və yeniliklərin tətbiqindən, mühitin sağlamlaşdırılmasından keçir. Bütün hallarda elmin maliyyələşdirilməsində yeni modelin tətbiqinin fayda verəcəyini deyən İ.Orucov hesab edir ki, bu da gözlənilən zəruri addımlardandır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ