Çərşənbə axşamı günü, 15 iyul 2025
     

USAİD Azərbaycandan necə gedəcək?

Image

Xəyal Bəşirov: "Azərbaycanın ümummilli maraqlarına, dövlət siyasətinə zidd olan hansısa bir təşkilatın ölkə ərazisində fəaliyyət göstərməsi mümkünsüzdür" 

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir". 

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb.

"Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki, universitetdə "İnsan haqları" təlimləri professoru kimi, Samanta Pauer "Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı" adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib.

"Avrora" mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri "Troyka Dialoq"un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, "pulbazlıq" və qondarma "Avrora" mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!", - Hikmət Hacıyev bildirib.

USAİD Azərbaycandan necə gedəcək? Onun Azərbaycanda fəaliyyətinə necə son qoymaq olar?

"...Azərbaycan öz qərarını verib" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu qəbildən olan beynəlxalq təşkilatlar həmişə ermənipərəst mövqedən çıxış ediblər: "USAID kimi təşkilatlar həmişə Azərbaycanın haqlı mövqeyinə qarşı əsassız ittihamlar səsləndiriblər. Azərbaycanı nüfuzdan salmağa hesablanan, Azərbaycan dövlətinin yürütdüyü siyasəti kölgə altına alamağa cəhd göstərən addımlar atıblar. Onlardan da biri ABŞ aid olan USAID-dır. Əslində,  o Beynəlxalq İnkişaf Agentiyi adı altında dünyada fərqli məqsədlərə xidmət edən bir təşkilatdır. Onlar bu təşkilatın dünyada fərqli xidmətlərlə məşğul olduğunu dəfələrlə sübut ediblər. Hazırda onun rəhbəri olan Samanta Pauerin nə dərəcədə ermənipərəst olduğunu həmişə görmüşük. O bütün çıxışlarında, əlinə keçən hər fürsətdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməklə öz ermənipərəstliyini dəfələrlə isbat edib. Bir məqamı  da diqqətinizə çatdırım, bu şəxs onunla öyünürdü ki, süni şəkildə "qaçqın" və "məcburi köçkün" adı vermək istədikləri adamlarla görüşüb. Bu adam, halbuki, Azərbaycan torpaqları işğal altında olanda Azərbaycana gəlib gerçək məcbiri köçkünlərlə heç zaman görüş keçirməyib. Bu da ondan xəbər verir ki, bu təşkilata rəhbərlik edən, bu təşkilatın yaradılmasını qarşılarına məqsəd qoyan şəxslərin hamısı dünyada haqq-ədalətə, beynəlxalq inkişafa deyil, tamamilə fərqli məqsədlərə, maraqlara xidmət etmək niyyəti daşıyıblar. Əlbəttə, USAID kimi təşkilatlarla Azərbaycanın əməkdaşlığı davam edə bilməz. Çünki o, Azərbaycanın haqlı mövqeyinə zidd fəaliyyət göstərən təşkilatdır. Azəbaycan haqq-ədaləti, regionda sülhü, təhlükəsizliyi, sabitliyi bərqərar edən siyasət yürütməyə çalışır. Azərbaycan yeni reallıq formalaşdırıb. Bu reallığın mahiyyəti ilə bu kimi təşkilatların mahiyyəti daban-dabana zidd olması səbəbindən belə təşkilatlarla bizim əlaqələrimiz hardasa qırılmalı idi. Qırılma anı hazırkı məqamda yetişdi. Çünki onlar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbəsini, Azərbaycanın formalaşdırdığı yeni reallığı, Azərbaycanın Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi, əməkdaşlığı təşviq edən addımlarını qəbul etmək istəmirlər".

X.Bəşirovun sözlərinə görə, onların Azərbaycandakı fəaliyyəti ilə bağlı o prosesdə çat yaranmalı idi, o çat da artıq demək olar yaranıb. "Ona görədir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev onlara və o qəbildən olan digər təşkilatlara, onların nümayəndələrinə maskalarını çıxarmaları ilə bağlı çağırış edib. Əslində heç onların maskalarını çıxarmalarına da ehtiyac yoxdur, çünki onlar maskanın altından belə hansı neqativ stereotiplərə xidmət etdiklərini büruzə verirlər. Təbii ki, bu çağırış pozitiv bir çağırışdır. Nəyə görə? Çünki biz onları haqqa dəvət edirik. Biz dövlət başçısının köməkçisi Hikmət Hacıyevin dilindən həmin o təşkilatı, həmin o təşkilata rəhbərlik edən şəxsləri, onların məsul nümayəndələrini haqqa-ədalətə çağırırıq. Təbii ki, bu çağırışı eşitmək imkanları olsa da, onlar bu çağırış istiqamətində addım atmırlar. Amma bizim xoş niyyətimiz son ana qədər ondan ibarətdir ki, yenə də biz öz üzərimizə düşəni edək, bu  çağırışı ünvanlayaq, bəlkə də onlar öz yanlışlarını düzəltdilər. Amma sözsüz ki, bu olsa da, olmasa da Azərbaycan öz qərarını verib. Azərbaycanın ümumilli maraqlarına, dövlət siyasətinə zidd olan hansısa bir təşkilatın ölkə ərazisində fəaliyyət göstərməsi mümkünsüzdür. Azərbaycan 90-cı illərin zəif Azərbaycanı deyil ki, ölkəmizdə bu kimi təşkilatlar at oynatsınlar, təsirləri altına aldıqları, cəmiyyətdən sözün hər mənasında oğurladıqları insanları  öz   maraqlarına və öz diqtələrinə xidmət etməyə məcbur qoysunlar. Təbii ki, bu, bu  qəbildən olan və  hələ əməkdaşlığımızda çat yaranmayan digər xarici təşkilatlara bir nümunə olmalıdır, onlar bundan nəticə çıxarmalıdırlar. Əgər çıxarmayacaqlarsa, təbii ki, onların da taleyi eyni şəkildə sonlanacaq"-deyə X.Bəşirov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910