Cümə axşamı günü, 10 iyul 2025
     

Erməni kilsəsi ilə hakimiyyətin "vergi qalmaqalı" böyüdü - Simonyan kilsəyə bazar dedi...

Image

Tural İrfan: "Özbaşına fəaliyyət göstərib, vergi verməyib, talançılığa yol verib, cəmiyyəti din adı ilə istismar edib"

Erməni Qriqoryan kilsəsi ilə Ermənistan hakimiyyəti arasında uçurum get-gedə dərinləşir. Son zamanlar kilsənin hakimiyyətə müxalif kimi özünü açıq şəkildə göstərməsi yeni qalmaqllara səbəb olub.  

Hazırda Ermənistanda ən aktual məsələlərdən biri erməni kilsəsinin vergiyə cəlb edilməsidir ki, hökumət rəsmiləri bunda israrlıdır. Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, kilsənin vergiyə cəlb edilməsi vacibdir və bu istiqamətdə müzakirələr aparılacaq, kilsənin vergilərdən yayınmasına imkan verilməyəcək: "Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır". Hətta A.Simonyan keşiş Baqrat Qalstanyanın delimitasiya prosesinə etiraz edənlərə başçılıq etməsi ilə bağlı jurnalistlərə deyib ki, ruhani şəxsin siyasətlə məşğul olması qəbuledilməzdir. "Siyasət ticarətdir, İncildə isə deyilir: "Mənim atamın evini bazara çevirməyin!". Sizə elə gəlir ki, beynəlxalq tərəfdaşlarla danışıqlar aparmağımız ticarət deyil? Koalisiyaların yaradılması, siyahıların tərtib olunması - bütün bunlar ticarətdir. Kilsə isə öz işini buraxıb hazırda bununla məşğul olur", - deyə o bildirib.

Hökumət təmsilçilərinin vergi məsələsi ilə bağlı dedikləri kilsə təmsilçilərinin xoşuna gəlməyib. Eçmiədzin Ana taxt-tacının kansleriyasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan "Sputnik Ermənistan"-a "kilsənin vergi ödəməməsi ilə bağlı iddialar, yumşaq desək, yalandır"- deyib.

Arxiyepiskop ad çəkmədən parlamentin spikerini boşboğazlıqda və yalan məlumat yaymaqda ittiham edib.

Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Acapaxyan isə spikerin niyyətini kiçik qisas adlandırıb."Kimin intiqamını alırsınız? Necə bu qədər kiçik, bu qədər yazıq ola bilirsən?"- Acapaxyan deyib.

Arxiyepiskop xatırladıb ki, bolşeviklər də kilsəyə  qarşı vuruşublar, lakin mahiyyət etibarı ilə məğlub olublar. "Kilsə sizinlə ideoloji mübarizə aparır, əgər siz bu sahədə qalib gələ bilsəniz, o zaman mübarizə aparın, yoxsa, vergi və gömrük terroru yalnız sizin bədbəxtliyinizi üzə çıxarır".

Acapaxyan qisasçıların ölkəni idarə etməsini, dövlət aparatından şəxsi qisas aləti kimi istifadə etməsini faciə hesab edir. O, hakimiyyətdə olan bəzi şəxsləri "sərxoş oğullar" adlandırıb.

Qeyd edilir ki, erməni kilsəsinin vergiyə cəlb olunması məsələsi dəfələrlə qaldırılıb. Bu qınaqlara Eçmiədzinin Ana taxtı cavab verib ki, onlar vergi ödəyirlər, lakin kilsə təhsil, sosial və xeyriyyəçilik fəaliyyətinin xarakterinə görə müəyyən növ vergilərdən azaddır. Kilsə əmlak vergisi ödəmir, bununla belə, mənəvi mərkəzlərin qorunması və təkmilləşdirilməsi üçün dövlətdən vəsait almır.

Deyirlər ki, Erməni Apostol Kilsəsi Ermənistanda 1000 vergi ödəyicisi siyahısına daxil edilib. 2023-cü ilin sonunda o, siyahıda 758-ci yeri tutaraq 435 milyon dramdan çox ödəyib və 2024-cü ilin birinci rübünün nəticələrinə görə, 147 milyon dramdan çox vergi ödəməklə 488-ci yerdədir. 

Göründüyü kimi, Ermənistanda yaranan bu  mübahisəli məsələ qarşıdurmaya səbəb olub. Hökumət deyir ki, erməni kilsəsi vergi ödəmir, parlament sədri A.Simonyan "erməni kilsəsi vergiyə cəlb olunmalıdır" söyləyir. Kilsə də əsaslandırır ki, xeyriyyə işləri, sosial fəaliyyətə görə bəzi vergilərdən azadırlar, guya vergi ödəyirlər. Sözsüz ki, vergi tələbi qüvvəyə mindikdən sonra Eçmiədzin kilsəsinin böyük korrupsiya əməlləri, terroru maliyələşdirmə hərəkətləri üzə çıxacaq. Çünki vergidən yayınmanın arxasından artıq başqa şeylər gəlir. 

"Şübhəsiz ki, kilsənin vergiyə cəlb edilməsi bütün qaranlıq fəaliyyətlərini ortaya çıxaracaq" 

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə şərhində "Məlumdur ki, erməni Qroqoryan kilsəsi mötədil xristianlıqdan fərqli bir cərəyandır. Siyasiləşmiş, əsasən də radikal fikirlərə sahib, revanşist bir mahiyyət daşıyan erməni kilsəsi həmişə xalqımıza qarşı qanlı savaşlara, soyqırımı aktlarına rəvac verib. 

Ermənistanda kilsənin nüfuzu və təsiri hökumətdən üstündür. Bu məsələni balanslaşdırmaq üçün Baş nazir Paşinyan müəyyən cəhdlər etdi. Kilsə Ermənistanın işğal siyasətinə və revanşizminə həmişə rəvac verib, radikal mövqedə olub. Bu da Ermənistanın bölgədə provokator roluna şərait yaradıb. Qərbin də səlibçilik təfəkküründə olan dairələrinə alət olub. Ancaq indiki hakimiyyət həm öz hakimiyyətini möhkəmlətmək üçün, həm də kənar təsirləri minimuma endirmək üçün kilsənin təsirini azaltmaq istəyir. Erməni kilsəsi əslində dini fəaliyyətdən çox indiyəcən terror və təxribat planlarına xidmət edib. Özbaşına olaraq fəaliyyət göstərib, vergi verməyib, talançılığa yol verib, cəmiyyəti din adı ilə istismar edib. Əslində kilsənin vergiyə cəlb edilməsi onun şəffaf fəaliyyətindən çox dövlətə təsirini azaltmaqdır"-deyə bildirdi. 

T.İrfanın sözlərinə görə, son mitinqlərdən sonra Ermənistan hökuməti dərk etdi ki, kilsə həm onun üçün, həm də dövlətin inkişafı üçün real təhlükəli vəziyyətdədir. O vurğuladı ki, eyni zamanda kilsə dünya siyasətindən, həmçinin bölgənin reallıqlarını anlamaq qabiliyyəti baxımından çox geridədir və orta əsr qaydaları ilə tələb irəli sürür. "Hazırda Ermənistan cəmiyyəti Paşinyan siyasətinə rəğbət bəsləyir. Qalstanyanın rüşvətxor müxalifətin töküntüləri olan keçmiş hakimiyyətdə olan fiqurlarla həmrəylik göstərməsi,  Baş nazir postuna iddia etməsi onu ifşa etdi və xalq üçün yox, vəzifə üçün çalışdığını diqqətə qətirdi. Ona görə də mitinq dağıldı, keşiş geri çəkildi. Lakin cəmiyyətə də məlumdur ki, kilsə heç də onların rifahı üçün çalışmır. Ona görə kilsənin vergiyə cəlb edilməsi məsələsinə, ümumiyyətlə erməni kilsə sisteminin dövlətlə münasibətlərinə yenidən baxılacaq. Ermənistanda din-dövlət münasibətləri bəzən elə həddə çatır ki, hətta Ermənistanı teokratik dövlət də adlandırmaq olar. Demək olar ki, elə dövrlər olub, Ermənistanı kilsə idarə edib. Ermənistanın ilk "milli qəhrəman"ı da baş yepiskop, 1-ci Vazgendir.  Bu heç də təsadüfi deyil. Qərbin Fransa kimi səlibçi, müstəmləkəçi dövlətləri həmişə erməni kilsəsindən terror maşası kimi istifadə edib. Qafqazda özləri edə bilmədiklərini kilsənin əli ilə ediblər. Məhz bu özü kilsənin revanşizmə, savaşa, qana, işğala, soyqırımına bilavasitə səbəbkar olduğunu sübut edir. Paşinyan görür ki, müasir dünya ilə uzlaşmada, region dövlətləri ilə münasibətlərin inkişafında, əsasən də türk düşmənliyi mövzusunda kilsə bütün xoşməramlı işlərə ciddi mane olur. Bu səbəbdən kilsəni neytrallaşdırmaq istəyir. Hesab edirəm ki, buna qismən nail olacaq"-deyə T.İrfan bildirdi.

T.İrfan kilsənin vergi məsələsindən çəkinməsinin səbəblərinə də aydınlıq gətirdi: "Şübhəsiz ki, kilsənin vergiyə cəlb edilməsi bütün qaranlıq fəaliyyətlərini ortaya çıxaracaq. İndiyəcən terroru da maliyyələşdirən mənbələrdən biri də məhz kilsədir. Korrupsioner məmur şəbəkəsi birbaşa kilsəyə "haqq" verir. Çünki kilsənin dövlətə təsiri sayəsində o məmurlar ayaqda qalırdı. Əsasən də əvvəlki hakimiyyətin liderləri bu işin içindədir. Kilsənin vergiyə cəlb olunması bütün bu kimi qara işləri ifşa edəcək" - deyə ilahiyyatçı qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910