Zaxarovadan Paşinyanın ittihamlarına cavab - "Özümüz təxmin etməliyik, yoxsa sonra bizə deyəcək..."
Rusiya XİN sözçüsü Zaxarova Ermənistan baş naziri Paşinyanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Zaxarova Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-nin iki ölkəsinin Ermənistana yardımı imitasiya etdiyi bəyanatına istehza ilə cavab verib.
“Düzünü desəm, baş nazirinin hansı ölkələri nəzərdə tutmasında maraqlıyam. Özümüz təxmin etməliyik, yoxsa bizə sonra söyləyəcəklər. Məntiqli olardı ki, həmin ölkələrin adları səsləndirilsin. Əgər söhbət ciddi bəyanatdan gedirsə... Bunu rəsmi İrəvanın öhdəsinə buraxırıq. O ki qaldı Rusiyaya, o, müharibənin dayandırılması üçün hər şeyi edib”.
ZÜMRÜD