"Azərbaycanda keçirilən Tacikistan Mədəniyyət Günləri ikitərəfli münasibətlərdə mühüm hadisədir" - Prezident
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatında deyib.
“Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir”, - deyə dövlətimizin başçısı bildirib.