Cümə günü, 18 iyul 2025
     

Mərkəzi Asiyanın və Çinin vacib nəqliyyat qovşağı Azərbaycandır...

Image

Ötən əsrin 90-cı illərindən başlayaraq, Çin və Mərkəzi Asiya arasında münasibətlər son dərəcə dinamik şəkildə inkişaf edir. Bu müddətdə Çin dünyanın aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirib. 1992-ci ildə Mərkəzi Asiya ölkələri müstəqillik əldə etdikdən cəmi bir il əvvəl Çinin dünya ÜDM-də payı cəmi 1,71% təşkil edirdi.

Amma hazırda Çinin qlobal ÜDM-dəki payı 20%-ə çatır. Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib və artıq yaxın tezlikdə lider mövqeyə yüksələcək. Bu fonda Çinin Mərkəzi Asiyaya xüsusi münasibətu regionun taleyinə birbaşa təsir edir.

Qey edək ki, Mərkəzi Asiya regionunun beynəlxalq münasibətlər sisteminə daxil olması Sovet İttifaqının dağılmasından sonrakı dövrə təsadüf edir. Mərkəzi Asiya ölkələri içərisində Çin üçün geostrateji və iqtisadi olaraq ən vacib ölkə Qazaxıstandır. Bu arada Çinin xarici işlər naziri Van Yi Qazaxıstanın öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiəsində Pekinin ona qətiyyətli dəstək verməyə hazır olduğunu bildirib. Çin naziri bu bəyanatı Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündən sonra verib. Son illərdə Çinin sədri Si Tsinpin ölkəsinin Qazaxıstana dəstəyini ifadə edən buna bənzər bəyanatlar verib. Van Yi görüşdən sonra deyib ki, Çin Qazaxıstan prezidentinin inkişaf strategiyası və mühüm tədbirlər təşəbbüslərini dəstəkləyəcək və hər hansı xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasına qarşı qətiyyətlə çıxış edəcək. Bir çox şərhçilər bildirirlər ki, Moskva 2022-ci ilin fevralında Ukraynaya müdaxilə edəndən bəri Çin Qazaxıstanı və başqa Mərkəzi Asiya ölkələrini dəstəkləyəcəyinə dair çoxsaylı bəyanatlar verib. Tokayev öz növbəsində Çin-Qazaxıstan münasibətlərini təqdir edib və bildirib ki, onun nəhəng qonşusu Qazaxıstanın etibarlı partnyoru olaraq qalacaq: "Çin diplomatiyası dünya siyasətlərində mühüm rol oynayır. Bu baxımdan Qazaxıstan-Çin münasibətləri olduqca əhəmiyyətlidir". Bu həftə Astanada Çinin, Hindistanın, İranın, Qırğızıstanın, Pakistanın, Rusiyanın, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası çərçivəsində görüş keçirirlər. Burada bəyan edildiyinə görə ŞƏT ölkələri liderlərinin növbəti sammiti də iyulun 3-4-də Qazaxıstan paytaxtında keçiriləcək.  Mərkəzi Asiyanın ərazisinə görə ən böyük, eyni zamanda təbii ehtiyatlarına görə ən zəngin ölkəsi olan Qazaxıstanın Çinlə 1765 km uzunluğunda sərhədi var. Qazaxıstan təkcə neft və təbii qaz kimi karbohidrogen ehtiyatları ilə deyil, eləcə də uran kimi kritik yeraltı resurslar baxımından da olduqca zəngin ölkədir. Bundan başqa, Qazaxıstan Çindən Avropaya uzanan regionlararası tranzit marşrutların və ticarət dəhlizlərinin də keçdiyi ölkədir. Bütün bu unikal amillər Qazaxıstanı Çinin gözündə daha dəyərli edir. Çinin sürətlə artan enerji tələbatını da Pekinin regiona marağını şərtləndirən əsas amillərdən biri kimi qəbul etmək olar. Mərkəzi Asiyanın zəngin enerji mənbələri enerji idxalını müxtəlifləşdirməkdə maraqlı olan Çin üçün olduqca cəlbedici görünür. Əsasən Yaxın Şərq kimi qeyri stabil bölgələrdən enerji idxal edən Çin alternativ kəmərlərin çəkilməsinə enerji təhlükəsizliyinin vacib aspekti kimi yanaşır. 

Çin Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini yalnız enerji idxalı ilə məhdudlaşdırmır, həm də region iqtisadiyyatının ayrı-ayrı sahələrində də fəallıq göstərir. Regionun hidrokarbon və digər təbii resurslarının istismarında Çin şirkətləri yaxından iştirak edir.  Çinin Mərkəzi Asiyada xüsusi maraqlarının olmasına baxmayaraq Pekin bölgədə hərbi iştirakdan imtina edir. Pekində belə hesab edirlər ki, regionda hərbi bazalar saxlamaq həm bölgə xalqları arasında Çinfobiya meyillərinin güclənməsinə, həm də Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər. Həmçinin Çin özünün Mərkəzi Asiya siyasətində Rusiya faktoruna xüsusi həssaslıqla yanaşır və çalışır ki, atdığı addımlar Moskvanı qıcıqlandırmasın. Çin Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində bölgədə Rusiya ilə münasibətləri balanslaşdırmaq siyasətinə üstünlük verir. Eyni zamanda Mərkəzi Asiya dövlətləri də Çinlə əlaqələrinə özlərinin xarici siyasətlərini, ixrac bazarlarını və investisiya mənbələrini müxtəlifləşdirmək vasitəsi kimi baxır.  Çinin Mərkəzi Asiya ölkələri ilə bağlı siyasətində Azərbaycan da mühüm rol oynayır.  Çünki Mərkəzi Asiyadan keçən nəqliyyat dəhlizlərinin Qərbə uzanması Azərbaycan vasuitəsilə mümkündür. Bu fonda təkcə Qərb ölkələri deyil, müasir dövrümüzdə dünya iqtisadiyyatında aparıcı mövqedə dayanan Çin də Azərbaycanı yaxın tərəfdaşı və müttəfiqi kimi qəbul edir. Çindən Avropaya qədər uzanan nəqliyyat yolları tranzit olaraq Azərbaycandan keçir. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) formalaşmasında xüsusilə maraqlıdır. Çindən Avropaya və əks istiqamətə gedən yüklər Mərkəzi Asiya və Azərbaycandan keçir. Ümumiyyətlə, Azərbaycan Mərkəzi Asiya, həmçinin Çin üçün vacib nəqliyyat qovşağıdır. Bu arada "Azərbaycan Dəmir Yolları" QSC cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artırıb. qurumunsədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolundan danışarkən bildirib ki, Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb. Tərəflər Orta Dəhlizin rəqabət və yükdaşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaşdırılması haqqında fikir mübadiləsi aparıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğunu bildirilib.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910