Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin edildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Sərəncamla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.