Rusiyada daha bir ordu generalı korrupsiya ittihamı ilə həbs edildi
Rusiyada 58-ci ordunun keçmiş komandanı general-mayor İvan Popov korrupsiya ittihamı ilə həbs edilib.
Söhbət Zaporojye istiqamətində müdafiə xətlərinin tikintisi üçün istifadə olunmalı olan metal konstruksiyaların satışından gedir. Dəymiş ziyanın məbləğinin 100 milyon rubl olduğu bildirilir.
Bundan əvvəl Müdafiə nazirinin müavini də daxil olmaqla, nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri korrupsiya ittihamı ilə həbs edilib.
TAHİR