Kəmərə görə saxlanan sürücünün narkotik qəbul etdiyi ortaya çıxdı
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı VAZ-2115 markalı avtomobilin sürücüsü Murad Həsənli təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona "saxla" işarəsi verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılarkən M.Həsənlinin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Həsənli 15 sutka inzibati qaydada həbs edilib.
NAMİQ