İran prezident seçkilərinə gedir - tarix açıqlandı...
İran hökuməti ölkədə 14-cü prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib.
Seçkilərin tarixi prezident səlahiyyətlərini icra edən birinci vitse-prezidenti Məhəmməd Moxber, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, eləcə də prezidentin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan və digər nümayəndələrin iştirak etdiyi iclasda müəyyən edilib.
Prezident seçkilərində namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək davam edəcək. Namizədlər iyunun 12-dən 27-dək seçkiqabağı təşviqat apara biləcəklər.
TAHİR