Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Nazirlər Kabineti Aparatının, Milli Məclisinin Aqrar Siyasət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, habelə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının, FAO-nun və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edirlər.
Forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir. Forumun işinə mayın 22-də yekun vurulacaq.
Mətləb Salahov