Vətəndaşlıqdan məhrum edilmiş şəxslərlə bağlı Rusiyadan YENİ QƏRAR
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi vətəndaşlığı itirmiş şəxslərin ölkədə 15 gündən 90 günə qədər qalmasına icazə verən qanun layihəsi hazırlayıb. Bu barədə “İzvestiya” qəzeti geniş məlumat yayıb. Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyi vətəndaşlığını itirmiş şəxslərə vəziyyətdən asılı olaraq ölkədə 15 gündən 90 günə qədər qalmaq imkanı verən qanun layihəsi təqdim edib.
Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev bildirib ki, qanun layihəsi Rusiya vətəndaşlığına xitam verilmiş və ya ona münasibətdə vətəndaşlığı əldə etmək qərarı ləğv edilmiş şəxslər üçün keçid müddəalarını nəzərdə tutur. Nəşrin məlumatına görə, bu düzəlişlər 2023-cü ilin oktyabrında “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə minməsindən sonra qeyri-müəyyən olan vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləmək üçün zəruridir.
Bundan əlavə, yeni qanun vətəndaşlığını itirə biləcəyi cinayətlərin siyahısını genişləndirir.
Mətləb Salahov