ABŞ İrana başsağlığı verdi
ABŞ hakimiyyəti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller yazılı açıqlama yayıb.
"ABŞ İranın şimal-qərbində baş vermiş helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir",- deyə Millerin açıqlamasında bildirilir.
TAHİR