Ermənistan KTMT XİN Şurasının Minsk iclasında da iştirakdan imtina etdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak etməyəcək.
Mirzoyan bu barədə belaruslu həmkarı Sergey Aleynikə Belarus tərəfinin təşəbbüs etdiyi telefon danışığı zamanı məlumat verib.
TAHİR