Cümə günü, 11 iyul 2025
     

Fərid Soltanov: Azərbaycanın dekolonizasiya istiqamətində atdığı addımlar neokolonializmdən əziyyət çəkən dövlətlərdə böyük inam yaradıb

Image

Azərbaycanın dekolonizasiya istiqamətində son illər atdığı addımlar müstəmləkəçilikdən azad olmağa çalışan xalqlarda, eləcə də müstəqillik əldə etsələr də, hələ də neokolonializmdən əziyyət çəkən dövlətlərdə, Fransanın dənizaşırı ərazilərində böyük inam yaradıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin əməkdaşı Fərid Soltanov BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün regional tədbirində çıxışı zamanı deyib.

F.Soltanov Azərbaycanın 2019-2023-cü illərdə sədrlik etdiyi, hazırda isə "Troyka"nın ("Troyka" Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun olaraq Paris Sazişinin bütün sütunları üzrə ambisiyaları yüksəltmək üçün üç sədrliyin indi və COP30 arasında əməkdaşlıq etməsi üçün bir platforma təmin edəcək) üzvü olduğu Qoşulmama Hərəkatında (QH) fəal iştirakı və verdiyi töhfələrdən söz açıb. Bu xüsusda ölkəmizin hərəkata sədrliyi çərçivəsində çoxtərəflilik prinsiplərini təşviq etdiyini, habelə QH çərçivəsində Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasının təşəbbüskarı olduğunu xatırladıb: "Azərbaycan QH-yə sədrliyi qəbul edərkən öz prioritet və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını bəyan etmişdir. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin konfrans iştirakçıları qeyd etmişdilər ki, xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürüb: "Dövlətimiz dünya ictimaiyyətini məcburi assimilyasiyaya aparan belə bir iyrənc, xüsusilə də Fransanın dənizaşırı regionlarında neokolonializm təcrübəsinə göz yummamağa çağırdı və neokolonializmə qarşı yeni bir dalğa başlatdı".

O qeyd edib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 2023-cü il 6 iyul tarixində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması" adlı beynəlxalq konfrans təşkil edilib. Bu tədbirin yekunu kimi qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərdə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirilməsi və gücləndirilməsi qərara alınıb.

F.Soltanov Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini təşviq etməsi keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb", - o əlavə edib.

Azərbaycan rəsmisi xatırladıb ki, kolonializmə qarşı institusional və nəticəyönümlü mübarizə aparmaq məqsədilə QH-nin Bakıda keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı beynəlxalq QHT yaradılıb. Azərbaycan dövlətinin dekolonizasiya sahəsində siyasəti nəticəsində kolonializm və neokolonializmin ağır fəsadları, müstəmləkə altında yaşayan xalqların fundamental hüquqlarının kobud pozuntuları, insanların azadlıqlarının məqsədli şəkildə məhdudlaşdırılması, məqsədyönlü assimilyasiya siyasəti dünya ictimaiyyətinə çatdırılır, BMT, Qoşulmama hərəkatı və s. tribunalarında danışılır.

"Yarandığı 10 ay ərzində BTQ 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Onlardan 3-cü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Azərbaycan paytaxtı Bakı şəhərində təşkil olunub. Eyni zamanda, BTQ bu ilin 25 mart tarixində xüsusi qonaq qismində Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin 3-cü Konfransında iştirak edib", - o bildirib.

F.Soltanov Azərbaycan Prezidentinin BTQ-nin 2023-cü ilin oktyabr və noyabr aylarında "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" və "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzularında təşkil etdiyi konfrans iştirakçılarına ünvanladığı müraciətlərə istinad edərək onların BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayıldığını diqqətə çatdırıb. O, C24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri kolonializm və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edib: "Yekunda C-24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri kolonializm və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edirəm. Azərbaycan C-24 Komitəsinin növbəti iclasına ev sahibliyi etməyə hazırdır".

Qeyd edək ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün iclasına qatılıb.




VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:26
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda mediaforum keçirilir - FOTO

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910