Çərşənbə günü, 9 iyul 2025
     

“Poçt qutusu”ndan tik-toka qədərki məsafə: BİZ NİYƏ DƏYİŞMİRİK??

Image

Dünyanın internet əsrində yaşadığı, müasir insanın az qala internetlə nəfəs aldığı bir zamanda sosial şəbəkələrdən, müasir texnologiya yeniliklərindən giley-güzar etmək əlbəttə yaxşı hal deyil, bilirəm. Çünki dünyanın aparıcı ölkələrində internet hesabına milyonlar qazanılan bir vaxtda, yeni-yeni kəşflərin, ideyaların gün üzünə çıxdığı, ağıllı insanların internet hesabına zəka və beyin coğrafiyasını yüksəltdiyi bir zamanda mənim internetdən, sosial şəbəkələrdən dad çəkməyim istənilən avropalının gözlərini bərəldər, hələ o yana da keçər. Şərqdə ilk operanın yarandığı, müsəlman aləmində və şərqdə qadına seçki hüququ verən ilk ölkə olan odlar yurdu Azərbaycanda internet "düşməni" kimi göründüyümə görə məşhur "Poçt qutusu"ndakı Novruzəliyə də bənzədilə bilərəm. Amma...

Amma televiziya efirlərimizi cəhənnəmə çevirən iyrənc "sosial proqramlardan" başlayıb, bir xalq olaraq, sözün əsl mənasında, mənəviyyatımıza od qoyan tik-tok səhifələrinə qədər başımıza gətirilən müsibətləri göz önünə gətirəndə mənim dərdimi avropalıdan tutmuş ucqar afrikalıya qədər insan adı daşıyan hər kəs əla anlayacaq. Anlayacaqlar ki, mən bir azərbaycanlı olaraq müasir texnologiya və internet resurslarına qarşı yox, bu texnologiya və interneti mənəviyyatımızı, gələcəyimizi BİLƏ-BİLƏ məhv edənlərə, sosial şəbəkələrdə gəncliyimizi fahişəliyə, nakişiliyə, cinsi azlıqlara ALIŞDIRANLARA qarşıyam!

Əlbəttə, dərdimiz danışılası deyil, hətta təsəvvür etdiyimizdən və etmədiyimizdən də böyükdür. Yenə də deyirəm avropalısı, asiyalısı internetdən yeni icadlar kəşf edir, zəkasını genişləndirir, mənimkilər də min cür hoqqabazlıq üçün, olmazın pislikləri üçün "yararlanırlar" əsrin bu yeniliyindən. Artıq iş o həddə çatıb ki, onsuz da ölü nöqtədə baş girləyən, qəlib cümlələrdən o yana gedə bilməyən ölkə mediası qalıb bir kənarda, informasiya funksiyasını da sosial şəbəkələrdəki dedi-qodu müəyyənləşdirir. İlk informasiya mənbəyi artıq tik-tok, feysbukdur.
Niyə? – çünki cəmi əhalimizin tam əksəriyyəti bütün gününü bu sosial şəbəkələrdə keçirir, yeməyini də buralarda eşələnə-eşələnə yeyir, hətta elə buradaca gecələyirlər. Anormaldır, deyilmi? Dünyanın hansı normal, inkişaf etmiş ölkəsində sosial şəbəkə aludəçisinə çevrilmiş belə əhali kütləsi tapa bilərsiniz? Hələ bu harasıdır, mən deyim siz də oxuyun.
Deməli belə, tik-tok şəbəkəsi bu gün Azərbaycanda tam nəzarətsiz halda min illik adət və ənənələrimizə, milli kimliyimizə, efirləri başına alıb gedən küçə fahişələrinin, cinsi azlıqların, mənəviyyat düşmənlərinin qorxulu röyası olan MİLLİ MENTALİTETİMİZƏ qarşı meydan oxuyur və bu xalqın mənəvi dəyərlər sistemini amansızcasına məhv etməklə məşğuldurlar. Bu sosial şəbəkə platformasını murdar proseslərin reklamına, biznes və fırıldaqçı qazanc yerinə çevirənlərlə yanaşı, bilə-bilə ölkə əhalisinin mənəviyyatını, şərəf və ləyaqət hisslərini bədənindən qoparmaq istəyənlər üçün də əlçatmaz meydandır tik-tok. Milli jurnalistikanın bütün mənalarda çoxdan uduzduğu, mənəvi dəyərlərimizin, KİŞİLİK, AR-NAMUS dəyərlərinn kütləvi şəkildə məhv edildiyi bu sosial-informasiya platformasında cinsi azlıqlar yeniyetmə Azərbaycan gəncliyinə, gələcək nəsillərə həsəd aparılacaq "nümunə" kimi göstərilir. Bu cinsi azlıqların cah-cəlal dolu zəngin həyatları, bölgələrə istirahət üçün minib getdikləri 100-150 minlik bahalı avtomobillər ilk hədəf kimi yeniyetmə və gənclərin yoldan çıxarılmasına yönəlib. Bunların ilk hədəfi birbaşa yeniyetmə və gənclərimizdir!
Məhz yeni azərbaycanlı nəsilləri kişilik və ar-namus dəyərlərindən birdəfəlik uzaqlaşdırmaq üçün, minillik azərbaycanlı dəyərlərini məhv etmək üçün dövriyyəyə buraxılıblar.
500-1000 manat arası maaşla baş girləyən, gələn gününü birtəhər yola verən elm adamlarının, professorların bütün bunları gördükdən sonra baş-gözünə vurmasında təəccüblü nə var ki? Ömrünü elmə, bilik qazanmağa həsr edən, min bir əziyyətdən keçən insanların 7-ci sinfi belə bitirməmiş hansısa cinsi azlığın təmtəraqlı güzaranına köks ötürməməsi mümkünsüzdür axı. Sosial şəbəkə imkanlarını min təəssüf ki, yenə də cılız, mənasız, kütlə səviyyəli "əyləncələrə" xərcləyirik. Dünyamızın hazırda ən böyük informasiya və səsi eşidiləcək platforması olan sosial şəbəkələr "Novruzəli" dövründəki düşüncəmizə alət edilib. Fayton dövründən tik-tok əsrinə qədərki bu məsafədə yenə "Novruzəli" düşüncəsinin arxasınca sürünüb gedirik. Tam yekun nəticə budur: biz qəti dəyişmirik. "Novruzəli" təfəkkürü internet və robot insan dövründə də bizimlə davam edir. Sabahın "Novruzəli"ləri də elə indidən yetişir. Tik-tok-da, feysbukda və hər yerdə..

Mətləb Salahov




VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910