Bakıda 202 nəfərə yarım milyon manatlıq dələduzluq - tur şirkətinin direktoru həbs edildi
Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub. Bu barədə Daxili İşlər Naizrliyi tərəfindən məlumat verilib.
"Polis tərəfindən istintaq olunur. Həbs edilib. Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib.
Onun əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilər", - deyə məlumatda qeyd olunub.
Trend xəbər verir ki, "Avion Travel" MMC adı ilə müxtəlif sosial şəbəkələrdə hesbalar açılaraq elanlar paylaşılıb. Elanlarda ALmaniya, Hollandiya, Slovakiya və digər ölkələrdə vakansiyaların olduğu qeyd olunub.
Bu iş elanları ilə vətəndaşların diqqətini çəkən şirkət həmin işlə təmin olunmaq üçün müxtəlif məbləğlərdə vəsaitlər alıb.
Sözügedən şirkətin əməllərindən zərərçəkmiş şəxslərdən biri Trend-ə açıqlamasında bildirib ki, Almaniyada işə düzəlmək üçün "Avion Travel" MMC-yə iki min manat ödəniş edib. Mayın 7-dən etibarən isə şirkətdən heç kimlə əlaqə saxlaya bilməyib.
Şirkətin əməllərindən zərərçəkən şəxslərin artacağı istisna olunmur. Məsələ ilə bağlı zərərçəkmiş şəxslər polisə müraciət edə bilərlər.
ZÜMRÜD