KÖHNƏ VERSİYA            

Bakıdan Ermənistana "Fransa xəbərdarlığı" - İrəvana sonuncu şans verildi

Image

“Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”. 

Bu fikri Azərbaycan prezidenti İlham Əliyev Bakıda İraq Respublikasının dövlət başçısı  Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlət başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”. Bundan başqa, prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimizlə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər yaxşı olar. Beləliklə, Azərbaycan Ermənistana konkret şəkildə xəbərdarlıq edir ki, kənar güclərin, indiki halda Fransanın diqtəsi ilə yanlış hərəkətlərə yol verməsin. Amma görünən odur ki, indiki halda Ermənistan Cənubi Qafqaz uğrunda kəskinləşən mübarizədə Azərbaycana qarşı sərhəd təxribatı törədə bilər. Hər halda, Fransa tərəfindən Ermənistanın sürətlə silahlandırılması da bunu təsdiq edir. Məhz bu fonda Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edir ki, Avropa İttifaqının (Aİ) Fransa kimi bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar. O bildirib ki, bu hərbiləşdirmə proqramları doğru addım deyil: “Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var”. H.Hacıyev qeyd edib ki, Avropanın müvafiq qurumları həllin parçası olmalıdırlar: “Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin. Təəssüf ki, bunlar faktlardır. Biz inanırıq ki, bu, tarixi fürsət və tarixi təkandır və müvafiq Avropa qurumları da sosial böhran bölgəsində sülh gündəmini irəli sürmək üçün problemin deyil, həllin bir hissəsi olmalıdır”. H.Hacıyevin fikrincə, işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb: “Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib, onlar hələ də cavab vermirlər. Hazırda regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”. O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir: “Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər. Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”.

Lakin hazırda Ermənistanın davranışları, Fransanın destruktiv rolu Qafqazda sülhü əngəlləyən faktora çevrilib. Fransa dövləti uzun illərdir Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir və bu hallar gündən-günə genişlənməkdə, güclənməkdədir. Ölkənin prezidenti Emmanuel Makron başda olmaqla Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür. Bütün bunlarda əsas məqsəd təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıtmaqdır. Bütün bu reallıqlar fonunda elə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda saxlanması motivləri başadüşüləndir. İndilikdə bugünkü reallıq ondan ibarətdir ki, Fransa tam açıq, birmənalı şəkildə anti-Azərbaycan fəaliyyət göstərir, Ermənistanın yanında yer alır. Bu da regionda sülhə əngəl olur. Amma Azərbaycanın Ermənistanın, onun havadarı Fransanın nazı ilə oynamaq niyyəti yoxdur. Ermənistan da görməlidir ki, Fransanın olduğu yerdə sülh mümkün deyil. Çünki Fransa açıq-aşkar tərəf tutur və ədalətli sülhün olmasına imkan vermir. Belə vəziyyətdən ən çox zərər görən tərəf isə elə Ermənistan özü olacaq. Azərbaycana qarşı atılan hər bir qərəzli addım Fransanın beynəlxalq siyasətdəki roluna və çəkisinə xələl gətirməklə nəticələnəcək. Artıq bəzi bölgələrdə öz nüfuzunu və hökmranlığını itirən Fransa Cənubi Qafqazda baş verən hadisələrə müdaxilə etməklə, bu bölgədə özünə növbəti dayaq nöqtəsi axtarır. Ermənilər isə tarixən böyük güclərin vassallığı altında yaşamağa öyrəniblər. Son iki yüz ili Rusiyanın forpostu kimi tanındıqdan sonra bu gün Fransanın Ermənistana ağalıq etməsini arzulayırlar. Amma bu, Qafqazda sülhə xələl gətirir və Azərbaycan buna imkan vermək niyyətində deyil.

Tahir TAĞIYEV







VİDEO

“Bastion”dan “Sezar”adək - Fransa Ermənistanı silah himayəsinə götürdü... - VİDEO

Azərbaycan-ABŞ münasibətləri barədə səfir Libbidən gözlədiyimiz ilk konkret bəyanat... - VİDEO

Ukraynanın arxasında gizli plan - Zelenskisiz və Putinsiz sülhə doğru... - VİDEO

Prezidentliyə onun alternativi var ki?! - Boş münəccimlikdən uzaq olun...

O’Braynın Bakıdan sonrakı tviti - ABŞ post-Qarabağ reallıqlarını tam qəbul etdi...

34 ildə Azərbaycanda ilk hadisə - seçkilər ölkənin bütün ərazisini əhatə edəcək…

SON XƏBƏRLƏR

08.12.2023 | 20:09
Dünya Azərbaycanla Ermənistanın vasitəçilərsiz ilk razılaşmasını alqışladı…

08.12.2023 | 19:54
O`Braynın Bakıda nələr söyləyəcəyini hamı gözləyirdi - gəldi və sözlərindən imtina etdi...

08.12.2023 | 19:39
Zaxarovanın İrəvana “Praqa və Brüssel eyhamı”...

08.12.2023 | 19:26
Türk dövlətlərinin birgə müdafiəsi üçün “Yol xəritəsi”nə yeni izah verildi...

08.12.2023 | 19:12
PISA testi - məktəblərdə təhsilin səviyyəsi geriləyib...

08.12.2023 | 19:03
Naxçıvana iqtisadiyyat naziri əvəzi təyin olundu

08.12.2023 | 18:46
Cənubi Qafqazda inteqrasiya üçün yeni imkanlar açılır

08.12.2023 | 18:32
Qarabağ erməniləri bu şanslarını qaçırdılar - o günlər yenidən təhlil olundu...

08.12.2023 | 18:20
"Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq" Vüqar Rəhimzadə

08.12.2023 | 18:06
Qondarma “Arsax” “mədəni irs mərkəzi” Azərbaycana böhtan atdı...

08.12.2023 | 17:51
İrəvan sazişdə əvvəl təkid etdiyi bəzi maddələrdən imtina etdi...

08.12.2023 | 17:37
Ermənistan beynəlxalq tədbirə ev sahibliyi hüququndan imtina etdi...

08.12.2023 | 17:33
Əli Əsədov Qarabağ Universiteti ilə bağlı Sərəncam imzaladı

08.12.2023 | 17:24
Baş bankir tanınmış iqtisadçıları niyə dəvət etmişdi... - MÜSAHİBƏ

08.12.2023 | 17:10
Saakaşvili Paşinyana məsləhət verdi və Putini təhqir etdi...

08.12.2023 | 16:57
7 fevral növbədənkənar seçki qərarının SƏBƏBLƏRİ...

08.12.2023 | 16:51
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar işçi qrupu yaradıldı

08.12.2023 | 16:44
İxracatımızda qeyri-neft sektorunun payı çox az olaraq qalır

08.12.2023 | 16:36
İşğaldan azad edilmiş ərazilərdə də seçki məntəqələri quraşdırılacaq...

08.12.2023 | 16:32
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiq edildi

08.12.2023 | 16:23
NATO-dan Azərbaycan-Ermənistan razılaşmasına reaksiya - dəstəkləyirik...

08.12.2023 | 16:15
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

08.12.2023 | 16:11
DİN-dən qanunsuz silah-sursatla bağlı vətəndaşlara MÜRACİƏT - VİDEO

08.12.2023 | 16:07
Qaradağda zəlzələdən sonra ortaya bu divarlar çıxdı - Dövlət Xidmətindən açıqlama...

08.12.2023 | 15:52
Putin qərarını verdi - prezident seçkilərində iştirak edəcək...

08.12.2023 | 15:37
Ərdoğan Fransanın Ermənistanı silahlandırmasını təxribat adlandırdı - göndərilən silahlar Azərbaycanın əlinə keçdi...

08.12.2023 | 15:25
Moskva Bakı və İrəvanın sülh sazişinə dair birgə bəyanatına münasibət bildirdi...

08.12.2023 | 15:07
“Kapital Bank” “Naxçıvan Bank”ı alır?..

08.12.2023 | 15:01
Lənkəranın qəhrəman oğlu – gizir Yusif Xəlilov... - FOTO

08.12.2023 | 14:50
“Bakcell” dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu! - FOTO

08.12.2023 | 14:30
“Naxçıvansığorta”nın lisenziyası ləğv edildi - MB məlumat yaydı

08.12.2023 | 14:20
Rövşən Rzayev Almaniya səfiri ilə görüşdü

08.12.2023 | 14:14
Mingəçevirdə üzərində tapança gəzdirən şəxs saxlandı - FOTO

08.12.2023 | 14:06
Prezident Əliyev Azərbaycanla Ermənistanın birgə bəyanatının əhəmiyyətindən danışdı

08.12.2023 | 14:03
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılılır...

08.12.2023 | 13:59
"Borrell İrəvanın oyuncağı imiş - Aİ-nin ali nümayəndəsi istefaya getməlidir" - ABŞ ekspertləri

08.12.2023 | 13:48
Antalyada 13-cü beynəlxalq kurort turizm konqresi başladı

08.12.2023 | 13:31
Gədəbəydə avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

08.12.2023 | 13:29
Ersin Tatar Qırğızıstan səfərindən məmnun qalıb

08.12.2023 | 13:24
Pirallahı qəsəbəsində avtomobil yolları əsaslı təmir ediləcək - SƏRƏNCAM

08.12.2023 | 13:15
Azərbaycandakı erməni hərbçilərin nə vaxt qaytarılacağı açıqlandı

08.12.2023 | 12:57
Bu gün MSK-nın iclası keçiriləcək

08.12.2023 | 12:30
İsraildən AÇIQLAMA: yerüstü əməliyyatlarda 91 hərbçi həlak olub

08.12.2023 | 12:10
Bakı Metropolitenindən AÇIQLAMA: "Xanım maşinistlərə heç bir güzəşt yoxdur"

08.12.2023 | 12:00
Bu gün "Qarabağ" səfərdə "Sumqayıt"ı sınağa çəkəcək

08.12.2023 | 11:47
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul etdi - FOTO

08.12.2023 | 11:40
Bakıda səhhətində problem yaranan FIA prezidenti tibbi yardıma görə Azərbaycana təşəkkür etdi

08.12.2023 | 11:34
"Birgə açıqlama sülhə doğru atılan cəsarətli addımdır" - İtaliya səfirliyindən paylaşım

08.12.2023 | 11:24
Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah danışıqları keçirildi

08.12.2023 | 11:17
"NATO ilə toqquşma ehtimalı yüksəkdir" - Medvedev yenə hədələdi..

08.12.2023 | 11:13
"Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"

08.12.2023 | 11:10
Naxçıvan teatrı Beynəlxalq İzmir Festivalında iştirak edib

08.12.2023 | 11:00
Messi yenə gündəmdədir: 83 illik rekordu yenilədi!

08.12.2023 | 10:30
DİN-dən açıqlama: Narkoşəbəkənin üzvləri Yardımlıda yaxalandılar

08.12.2023 | 10:20
"Sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb"- Metyu Brayzadan paylaşım

08.12.2023 | 10:09
Samuxda "Mersedes"in sürücüsü saxlanıldı -narkotikaya görə...

08.12.2023 | 10:06
"Sülh sazişinin ən qısa zamanda imzalanmasını arzu edirik” - Türkiyə XİN bəyanat yaydı

08.12.2023 | 10:00
"Barselona"dan qərar: heç bur futbolçu satılmayacaq

08.12.2023 | 09:50
Danimarkadan QƏRAR: bu ölkədə Quranın yandırılması qadağan edildi

08.12.2023 | 09:45
Dövlət Departamenti Ceyms O’Braynın Azərbaycan Prezidenti ilə görüşünü müsbət və konstruktiv adlandırdı

08.12.2023 | 09:27
Ekspertiza tarifləri 29 faiz azaldı - dərmanlar ucuzlaşacaqmı...

08.12.2023 | 08:44
Mərkəzi istilik sistemləri bir aydır işə salınıb - Bakıxanovda isə... başlı başını saxlasın...

08.12.2023 | 00:14
Mirzoyan Ceyhun Bayramovla ABŞ-da görüşə hazır olduğunu bildirdi

07.12.2023 | 23:03
Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən xilas edilir - Razılaşma əldə olundu...

07.12.2023 | 22:59
Şarl Mişel Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb

07.12.2023 | 22:50
Azərbaycanın azad edəcəyi 32 erməninin ADLARI AÇIQLANDI...

07.12.2023 | 22:14
Azad ediləcək erməni hərbçilər arasında Azərbaycan xalqına qarşı cinayətlər törətmiş qondarma rejim başçıları yoxdur

07.12.2023 | 21:21
Tarix şok xəbərdən partlayacaq, Əliyevlə Paşinyanın aparatı birgə bəyanat yaydı - vasitəçilərsiz razılaşma...

07.12.2023 | 21:15
Prezidentliyə onun alternativi var ki?! - Boş münəccimlikdən uzaq olun...

07.12.2023 | 21:12
O’Braynın Bakıdan sonrakı tviti - ABŞ post-Qarabağ reallıqlarını tam qəbul etdi...

07.12.2023 | 20:57
34 ildə Azərbaycanda ilk hadisə - seçkilər ölkənin bütün ərazisini əhatə edəcək…

07.12.2023 | 20:44
Yol azmış əsgərimizə "ömürlük" verildi - rəsmi İrəvan gərginliyi artırır...

07.12.2023 | 20:30
Əliyevin bu eyhamı sonadək araşdırılmalıdır - Minalar...

07.12.2023 | 20:18
Ermənistan Qərbdəki havadarlarının dəstəyi ilə sülh müqaviləsini imzalamaqdan çəkinir...

07.12.2023 | 20:10
Fransa və Hindistan yararsız silahları Ermənistana sırıyır...

07.12.2023 | 19:56
Azərbaycan 3 güclü dövlətin yanlışlığını belə sübut etdi...

07.12.2023 | 19:42
Azərbaycanın Avropa Birliyi strategiyasında qaranlıq heç nə qalmadı…

07.12.2023 | 19:29
Avroparlamentin anti-Azərbaycançılığı Qərbin özünə daha çox ziyan vurur...

07.12.2023 | 19:15
Ermənistanda indi də ABŞ və Fransanı xəyanətdə ittiham edirlər...

07.12.2023 | 19:02
Bütöv və suveren Azərbaycanın müəllifi Odur, 7 fevralın Qalibi də O olmalıdır... - Aydın QULİYEV yazır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031